Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:35

Azərbaycan QHT-ləri Devid Atkinsonun məruzəsinə düzəlişlər təklif edirlər


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Azərbaycanda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) məruzəçisi Devid Atkinsonun Qarabağ münaqişəsiylə bağlı hazırladığı məruzəyə münasibət ümumilikdə müsbətdir. Bunu Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri də deyirlər. Qeyri-hökumət təşkilatları da bildirirlər ki, məruzədə münaqişənin mahiyyəti olduğu kimi əksini tapıb - Ermənistan işğalçı dövlət kimi göstərilib. Amma bununla belə məruzə barədə bəzi iradlar da səslənir. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyir ki, erməni silahlı qüvvələrinin Xocalıda dinc əhaliyə qarşı keçirdikləri əməliyyat məruzədə soyqırım faktı kimi qeyd edilməlidir. Bundan başqa onun fikrincə, Azərbaycana Ermənistanla əməkdaşlığa başlamaq tövsiyəsi verilməsi qəbuledilməzdir. Onun fikrincə, bunun üçün Ermənistan işğal etdiyi əraziləri azad etməlidir.

Milli QHT Forumu Avropa Şurasına müraciətində də göstərib ki, məruzədə işğal olunmuş ərazilərdə mədəni abidələrin dağıdılması, təbiətin məhv edilməsi, narkotik maddələrin becərilməsi, nüvə tullantılarının basdırılması ilə bağlı məsələlər də əksini tapmalıdır. Amma bu təkliflərin nəzərə alınacağına inanmayanlar da var. «Dinc dünya» araşdırmalar mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev deyir ki, həmin təkliflərin cənab Aikinsonun məruzəsində qeyd olunmamasına təəccüblənməyə dəyməz. Çünki Azərbaycan həmin təkliflərdə əksini tapan məsələlərin dünya ictimaiyyətinə tanıdılması yönündə yetərincə iş görməyib.

O ki qaldı AŞ PA-nın qış sessiyasındakı müzakirələrə Azərbaycanın necə hazırlaşmasına, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Asim Mollazədə deyir ki, erməni tərəfinin Dağlıq Qarabağla bağlı qətnaməyə dəyişiklik etmək cəhdlərinə qarşı müəyyən hazırlıq görülür, amma o bu hazırlığın konkret nədən ibarət olduğunu indidən açıqlamaq istəmir. Asim Mollazadə Avropa Şurasının erməni tərəfinin təklif edəcəyi düzəlişləri qəbul edəcəyinə də inanmır. Onun fikrincə, əgər işğalçı Ermənistanın təklifləri nəzərə alınsa, bu Avropa Şurasının imicinə ziyan ola bilər.
XS
SM
MD
LG