Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Amerika nümayəndələri Azərbaycan müxalifəti ilə görüşüb


Səs: Real audio
“Narıncı inqilab” Birləşmiş Ştatlara ilk zərbəsini vurub Yanvarın 12-də Amerika senator və konqresmenlərinin 10-dək müşaviri Azərbaycan müxalifətinin liderləri ilə görüşüb.



Bu qrup Azərbaycana Marşal Fondunun xüsusi layihəsi çərçivəsində gəlib. Həmin layihə Qara Dəniz hövzəsində demokratiyanın inkişafını nəzərdə tutur.



Azərbaycan Xalq Cəbhəsi partiyasının “islahatçılar” qanadının lideri Əli Kərimli deyir ki, görüşdə respublikadakı vəziyyət müzakirə olunub.



Əli Kərimlinin dediyinə görə, həmin müşavirlər bu səfərin yekunlarına dair müəyyən təhlil hazırlaya, öz rəhbərlərinə təqdim edə bilərlər. Müşavirlər söz veriblər ki, görüş zamanı qaldırılan problemlər, səslənən təkliflər senatorlara çatdırılacaq.



Görüşdə müxalifət liderlərindən Müsavat başqanı İsa Qəmbər, Ədalət partiyasının rəhbəri İlyas İsmayılov, Azərbaycan Milli İstiqlal partiyasından Əli Əliyev, Azərbaycan Demokrat partiyasından Akif Şahbazov iştirak edib.



Bundan başqa, bu günlərdə Amerika Respublikaçılar İnstitutunun təşəbbüsüylə Azərbaycanda siyasi partiya üzvləri üçün seminar keçirilir. Bu seminar ənənəvi olaraq hər il təşkil olunur. Bu məlumatı isə hakim Yeni Azərbaycan partiyasının mətbuat xidmətindən almışıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG