Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində itkilərin ildən ilə azaldığını deyir


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik “Azadlıq” radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi xəttində itkilərin ildən ilə azaldığını deyib.



Anjey Kasprşikin sözlərinə görə, bu ilin yay aylarında münaqişə xəttində vəziyyət gərginləşsə də, bütün tərəflər arasında aparılan danışıqlar nəticəsində sakitliyə nail olunub.



ATƏT-in nümayəndəsi deyir ki, cəbhə xəttində müşahidə olunan atışmalar monitorinqin keçirilməsinə də mane olur.



Lakin o, monitorinq zamanı atışma olanda, özü dediyi kimi, günahkarı barmaqla göstərə bilmir.



“Hər şeyi qeydiyyata alırıq. Lakin mandata əsasən fəaliyyət göstəririk. Mənim mandatım istintaq aparılmasını nəzərdə tutmur, yalnız müşahidə edirik”.



Azərbaycan Müdafiə Nazirliyində cəbhə xəttində itkilərin azaldığını təsdiqlədilər. Lakin konkret rəqəmlər açıqlamaqdan imtina etdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG