Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:07

İmtahansız ali məktəbə qəbul olanlara diplom verilməyəcək


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Məktəbi bitirənlərin 44 faizi ali məktəblərə qəbul olunmaq üçün imtahanlarda ümumiyyətlə iştirak etmir. Bu, orta məktəblərdəki müxtəlif problemlərlə bağlıdır. Ali məktəblərə sənəd verən məzunların təxminən 1000 nəfəri test imtahanlarına da gəlmirlər.



Bu məlumatları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yanvarın 12-də keçirdiyi mətbuat konfransında verdi. Onun sözlərinə görə, orta təhsil müəssisələrində verilən bilik səviyyəsi aşağıdır.



Məleykə Abbaszadə bir universitetdən digərinə köçürülmə məsələlərinə diqqət yetirilməli olduğunu da dedi. Onun sözlərinə görə, qəbul komissiyasında baytarlığa qəbul olmuş tələbənin sonradan hüquq fakultəsini bitirdiyi haqda məlumatlar var.



Təhsil naziri Misir Mərdanov isə köçürülmə prosesinin qarşısında özünün də tab gətirmədiyini deyir. O, ayrı-ayrı ali məktəblər haqda şikayətlərin gəldiyini və yaxın vaxtlarda onların adlarının açıqlanacağını dedi. İmtahansız, digər yollarla qəbul olunan tələbələrə isə diplom verilməyəcək.



Bu il isə ali məktəblərə keçən ildən təxminən 4 faiz çox – 28 500 yer ayrılıb. Bunun cəmi 38 faizi ödənişsiz yerlər olacaq.
XS
SM
MD
LG