Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:19

Azərbaycan-Gürcüstan qaz kəməri işə düşür


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Azərbaycan Gürcüstan ərazisi ilə Rusiyadan qaz alacaq.



Bu məqsədlə köhnə Azərbaycan—Gürcüstan qaz kəmərinin təmiri başa çatdırılıb. Bunun üçün 500 min dollar vəsait xərclənib. Kəmərin ötürmə gücü 800 milyon kubmetrdir.



Gürcüstan höküməti də bu kəmərdən istifadə etmək niyyətindədir. Onun vasitəsi ilə Rusiyanın “Qazprom” və “Qazeksport” şirkətləri Azərbaycana, İran tərəfi isə əks istiqamətdə-Gürcüstana mavi yanacaq ötürəcək.



Bundan əlavə, kəmərin keçirmə gücünü 3-4 milyard kubmetrə çatdırmaq üçün İrandan qrantın alınması haqda danışıqlar aparılacaq. Bu məqsədlə artıq Azərbaycan prezidentinin səfərindən dərhal sonra, yanvarın sonlarında Gürcüstanın yanacaq və energetika naziri Nika Gilaurinin İrana səfəri gözlənilir.
XS
SM
MD
LG