Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

16 oktyabr hadisələrinə görə daha 10 nəfər haqqında məhkəmə hökmü çıxarılıb


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 16 oktyabr hadisələrində iştirakda günahlandırılan daha 10 nəfər haqqında məhkəmə hökmü çıxarıldı. İki nəfər 3 il müddətinə azadlıqdan məhrum edildi, 8 nəfər 3 il şərti cəza aldı.



Hakim Tofiq Paşayev bildirdi ki, müttəhimlərin 2003-cü il oktyabrın 16-da Bakıda baş vermiş toqquşmalarda iştirakı sübut olunub. Şərti cəza ilə azadlıqda qalanlar isə bizimlə söhbətdə hökmlə razı olmadıqlarını söylədilər.



Şərti cəza alanlar hökmdən şikayət verməyəcəklərini də deyirlər.



Vəkil Aydın Nəzərli isə bildirir ki, təqsirləndirilənlərin günahı nə şahid ifadələri, nə də başqa sübutlarla təsdiq olunub.



Bu, 16 oktyabr hadisələriylə bağlı çıxarılan 16-cı məhkəmə hökmüdür. 2003-cü il prezident seçkilərindən bir gün sonra Bakıda polislə mitinqçilər arasında baş vermiş toqquşmalara görə məhkəmələr 40 nəfər haqqında müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası çıxarıb, 80 nəfər şərti cəza alıb.
XS
SM
MD
LG