Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:49

Azərbaycanda bağlanan quşçuluq müəssisələrinin sayı arta bilər


Azərbaycanda fəaliyyətini dayandıran quşçuluq müəssisələrinin sayı arta bilər. Bu barədə ANS-ə Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar quşçuluq müəssisələri maliyyə vəsaitinin çatışmazlığı ucbatından lazımi qədər yem və damazlıq yumurta ala bilmir.
Azərbaycana yem və damazlıq yumurta əsasən xarici ölkələrdən gətirilir.

Aydın Vəliyev deyir ki, həmin məhsullara əlavə dəyər vergisi və gömrük rüsumları tətbiq edildiyindən, quşçuluq müəssisələrinin xərci çoxalır və indiyədək
4 belə müəssisə fəaliyyətini dayandırmalı olub.

ANS Press.
XS
SM
MD
LG