Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

2009-cu il Əfqanıstan üçün ciddi sınaq dövrü olacaq


Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət pisləşməkdə davam edir.
BMT-nin yeni hesabatında belə deyilir.

Hesabatda 2009-cu ilin Əfqanıstan hökuməti, ölkə sakinləri və beynəlxalq tərəfdaşlar üçün çətin sınaq dövrü olacağı bildirilir.

Hesabatda qeyd olunur ki, talibançıların fəallaşmasıyla yanaşı korrupsiya və ərzaqın bahalaşması təhlükə olaraq qalır.

BMT-nin baş katibi Ban ki Mun Təhlükəsizlik Şurasını təşkilatın Əfqanıstandakı missiyasının mandatını daha 1 il uzatmağa çağırıb.
Missiyanın mandatı bu ay sona yetir.


Günün bütün mövzuları

XS
SM
MD
LG