Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Bakıda yenə yer çökməsi olub. Bundan əvvəlki yer sürüşməsi ilə bağlı hökumət komissiyasının rəyi isə birmənalı qarşılanmır


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Köçürülən ailələr deyirlər ki, rəyin özündə ziddiyyətlər var, Bir tərəfdən komissiya deyir ki, bina təhlükəsizdir, o biri tərəfdən də bildirir ki, geoloqların fikrincə, təhlykəni törədən səbəblər hələ aradan qaldırılmayıb.



Mikrofonda İlkin Məmmədov.

İlkin, bu ziddiyyətlər nədən doğur və bunun axırı nə olacaq?





Hər şeydən əvvəl onu demək lazımdır ki, bu ziddiyyətlər elə Dövlət Komissiyasının yekun rəyinindən qaynaqlanır. Çünki, rəyin özündə öncə qeyd olunur ki, bina tam təhlükəsizdir və yaşayışa yararlıdır, sonrasa yazılır ki, asfalt yolun altındakı torpaq nəm olduğu üçün avtomobil yolunun açılması hələ məqsədəuyğun deyil, geoloqlar hələ bir həftə də ətrafadkı su axınlarını yoxlayacaqlar və sonra əməli tədbirlər görəcəklər. Belə olan halda müstəqil ekspertlərin Nərimanov heykəli ətrafındakı ərazidə hələ də sürüşmə ehtimalının yüksək olması və buranın təhlükəli zona olması haqda sözlərinə yerli sakinlər daha çox inanır. Sakınlərin çoxunun fikrincə, əgər açıqlanan rəydə bu ərazinin tam təhlükəsiz olması haqda yazılanlar həqiqətə uyğundursa onda əlavə işlərə nə ehtiyac var? Və yaxud əgər hələ əlavə möhkəmləndirmə işlərinə ehtiyac varsa, onda buranın nəyi təhlükəsizdir? Bu sualları Bakı şəhər icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladım. Hacıbala Abutalıbov təhlükənin aradan qaldırıldığını və əlavə işlərin profilaktik məqsəd daşıdığını dedi.

***

Bir şeyi də deyim ki, yanvarın 6-də baş vermiş faktla bağlı, daha doğrusu ordakı prosesin sürüşmə olub-olmaması ilə bağlı da mütəxəssislər birmənalı rəy vermirlər və bu da ziddiyyətlər doğuran məqamlardan biridir. Hadisə baş verən günü həmin ərazidə olan rəsmilər də, mütəxəssislər də sürüşmə faktından danışırdılarsa, bir neçə gün sonra şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ümiyyətlə sürüşmənin baş vermədiyini, orda çökmə olduğunu bildirdi. Onun sözlərinə görə, həmin ərazidə binaların zirzəmilərində yığılan sular üzündən çökmə baş verib, və bu sular təmizlənəndən sonra təhlükə də sovuşub.

***

Amma cənab Abutalıbovun bu sözlərini elə Dövlət Komissiyasının rəyi təkzib eləyir. Çünki, bu komissiyanın rəyində sürüşmə faktı ilə əlaqədar aparılan işlərdən danışılır. Üstəlik hadisədən sonra Ekologiya və Təbii sərvətlər Nazirliyində yaradılan operativ qrupun rəhbəri Şahəddin Musayev də, Elmlər Akademiyasının Geologiya İnstitunun eksperti Firdovsi Əliyev də, seysmoloq Elçin Xəlilov da baş verən hadisənin sürüşmə olduğunu bildirib. Və bu zonanın, ümumiyyətlə yaşayışa yararlı olmadığını vurğulayıblar. Elə Nərimanov heykəlinin aşağısında, Bunyad Sərdarov küçəsində yaşayan sakinlər də bu haqda dövlət orqanlarının çoxdan xəbərdaq etdiklərini deyirlər. Bünyad Sərdarov küçəsi, dalan 2, ev 2 ünvanında yaşayan Səxavət Xudaverdiyeva.



***

Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu iddiaları yalan və iftira adlandırdı.



***

Bir neçə gün öncə müxtəlif mütəxəssislərin sürüşməyə həmin ərazidə yeni binaların tikilməsinin səbəb olması haqda dediklərinə də icra hakimiyyətinin başçısı eyni sözlərlə cavab vermişdi. Amma daha sonra Hacıbala Abutalıbov sakinlərin və mütəxəssislərin iddiasına görə sürüşməyə səbəb olan tikinti işlərinin qanunsuz aparıldığının və əvvəlki icra hakimiyyətinin başçısı ilə razılaşdırıldığını bildirdi. Fövqəladə hallar üzrə dövlət komissiyasının yekun rəyində də araşdırmalar davam edincəyə qədər ərazidəki tikinti işlərinin bərpa edilməsinə icazə verilməyib. Bu ərazidə və Bakının başqa yerlərində sürüşmələr ola biləcəyiylə bağlı müstəqil ekspertlərin proqnozlarına gəlincə, Hacıbala Abutalıbo

Günün bütün mövzuları

XS
SM
MD
LG