Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

Naxçıvanda üçüncü nazir işdən çıxarıldı


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında təhsil islahatlarına ilk olaraq kadr dəyişikliyi ilə başlandı.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin fərmanı ilə muxtar respublikanın təhsil naziri Həmzə Cəfərov tutduğu vəzifəsindən azad edildi. Həmin vəzifəyə təhsil nazirinin müavini işləmiş Piri Nağıyev təyin olundu.



Son aylar təhsil müəssisələrində tez-tez yoxlamalar aparılır.



Təhsildə baş verən neqativ hallara Ali Məclisin sədri keçirilən sessiyada da toxundu.



Onun sözlərinə görə, bölgədə yeni məktəblərin tikilməsinə baxmayaraq 2004-cü ildə ali məktəblərə qəbulun səviyyəsi əvvəlki illərdən aşağı düşüb. 38 məktəbdən heç bir məzun ali məktəbə daxil ola bilməyib. Fərqlənmə attestatı alan 51 abituriyentin 6-sı ali məktəbə girməyib.



Son bir aydır ki, Naxçıvan Muxtar Respublikasında mədəniyyət nazirliyinə tabe olan müəssisələrdə, xüsusilə musiqi məktəblərində də ciddi yoxlamalar aparılır.



Bir neçə ay ərzində muxtar respublikada artıq üçüncü nazirdir ki, işdən çıxarılır. Bundan əvvəl səhiyyə və mədəniyyət nazirləri də tutduğu vəzifələrindən azad edilmişdilər.
XS
SM
MD
LG