Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:41

“Yuşenko Saakaşvilidən uzaq durmalıdır”


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb --“Yunayted Press İnterneşnl”



Ukraynada dəyişikliklər istər-istəməz narahatlıq doğuran bəzi hallarla müşayiət olunur. Prezident seçilmiş Viktor Yuşenko Rusiya və Ukraynanın rusidilli cənub-şərqi ilə dostcasına münasibətlər qurmağa söz verib.



Amma bunun əvəzinə biz təhlükəli addımın şahidi olmuşuq: Yeni il şənliklərində o, tribunada Gürcüstanda “qızılgül inqilabı”nın lideri Mixail Saakaşvili ilə yan-yana durmuşdu.



Saakaşvili Kiyevə “inqilab havası almağa”, onun əvvəlki və yeni liderləri ilə söhbətləşməyə gəlmişdi. Bu onun haqqıdır. Amma Saakaşvilinin Yuşenkonun yanında durması və inqilabi ruhda olan kütlə qarşısında çıxış etməsinə ehtityac yox idi. Bu, Rusiyayla barışıq əldə etməkdə Yuşenkoya mane ola bilər.



Əlbəttə, seçki kampaniyası zamanı Yuşenko Rusiyayla yaxşı münasibət qurmağa çalışacağını bildirib. Eyni şeyi hakimiyyətə gəlməzdən əvvəl Saakaşvili də deyirdi. Amma Yuşenko rusiyalılar və şərqi Ukrayna sakinlərinə göstərməlidir ki, o, Saakaşvlidən fərqli olaraq verdiyi vədləri yerinə yetirir.



Bunun üçünsə o, Saakaşvilidən uzaq durmalıdır. Çünki Gürcüstan prezidenti hakimiyyətə gəldikdən sonra Rusiyayla qarşıdurma kursunu götürüb.



Əgər seçki kampaniyası zamanı Yuşenkoyla Saakaşvili arasında bərabərlik işarəsi qoyulsaydı, Ukrayna xalqı çox ehtimal ki, Yuşenkonun əleyhinə səs verərdi. Çünki ölkəni Rusiyayla müharibəyə sürükləyə biləcək bir şəxsin prezident olmasını ancaq az sayda ukraynalı istərdi.



--“İndependent”



Fələstin muxtariyyətində bazar günü keçirilən prezident seçkiləri ideal olmasa da, hər halda bir çoxlarının gözlədiyindən daha yaxşı keçib. Ən asası isə o, ərəblər və demokratiyanın bir araya sığmaması barədə fikirləri alt-üst edib.



Seçkilərin uğurla keçirilməsi və onun nəticələri İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində irəliləyiş üçün geniş imkanlar açır.



--“Nyu York Tayms”



Təbii fələkətlərdən zərər çəkmiş ölkələrə beynəlxalq yardım o vaxtadək daxil olur ki, faciə ilə kütləvi informasiya vasitələri maraqlanır.



Altı il əvvəl tele-ekranlar və qəzetlərin birinci səhifəsi Hondurasda çoxlu insanın tələf olduğu dağıdıcı qasırğa haqda məlumatlarla dolu idi. Amma fəlakətdən sağ çıxanlar indi də özlərini köməksiz hiss edirlər. 2003-cü ilin dekabrında zəlzələnin dağıtdığı İranın Bəm şəhərinin sakinləri kimi.



Son meyitlər basdırılan kimi xarici hökumətlər pul göndərməyi dayandırır, qeyri—hökumət təşkilatları öz nüməyəndələrini geri çağırır, bərpa işləri isə sözün həqiqi mənasında dondurulur.



--“Frankfurter Alqemayn Tsaytunq”



Dağıdıcı sunamidən iki həftə sonra asiyalıların balığa olan iştahı ölüb. Sinaqapur və Malayziyada yerli dəniz balığının qiyməti son bir neçə gündə iki dəfə aşağı düşüb.



İnsanlar Hind okeanında balıqların dənizə aparılmış meyitlərlə qidalanmasından qorxurlar.



Amma Hamburqdakı Federal Balıqçılıq Tədqiqat Mərkəzindən professor Gerd Hubold balıqların cəsədlərlə qidalanmasında qorxulu bir şey görmür.



O deyir ki, “burada söhbət leşlə qidalanan dəniz heyvanlarından, yəni xərçəngkimilər, akulalar və xanı balıqlarından gedə bilər”. Amma su duzlu olduğundan həzm prosesində bütün bakteriyalar məhv olur.
XS
SM
MD
LG