Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:30

Bolqarıstan toyuğuna qadağa qoyuldu


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Bolqarıstan istehsalı olan toyuq əti və yumurta həyat üçün təhlükəlidir. Avropa Komissiyası ekspertlərinin gəldiyi qərarda belə deyilir.



Komissiyanın yanvarın əvvəlində yayılan məlumatında bütün Avropa ölkələrinə Bolqarıstandan toyuq məhsullarının gətirilməsinə qadağa qoyulduğu bildirilir. Eyni addımı qonşu Gürcüstan da atıb.



Azərbaycan Respublikası Baytarlıq Müfəttişliyinin nümayəndəsi Cəmil Əsgərov da qadağan olunmuş Bolqarıstan toyuqlarında Nyukasl xəstəliyinin tapıldığını deyir. Onun sözlərinə görə, Azərbaycan da Bolqarıstandan toyuq əti və yumurtanın gətirilməsinə artıq qadağa qoyub.



Avropa Komissiyasının açıqlamasına əsasən, Bolqarıstan istehsalı olan toyuq əti və yumurta hemoqlobinin azalmasına, anemiyanın və artrozların inkişafına səbəb olur.
XS
SM
MD
LG