Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Praqa görüşü başa çatdı


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Praqa görüşü yerli vaxtla saat 10-da Çexiya prezidentinin iqamətgahına yaxın ərazidə baş tutdu.



Elmar Məmmədyarov və Vartan Oskanyanı ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Stiven Mənn və Yuri Merzlyakov, ATƏT-in nümayəndəsi Anjey Kasprşik də müşayiət edirdi.



Görüşdən əvvəl Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib ki, Azərbaycan mətbuatında onun adından yayılan bəyanat həqiqətə uyğun deyil.



Bir müddət əvvəl bəzi Azərbaycan KİV-ləri Yuri Merzlyakova istinadən məlumat yaymışdılar ki, guya Dağlıq Qarabağ münaqişəsinin həllində erməni tərəfi “mərhələli həll”ə razılıq verib.



Bu gün Praqada ATƏT-in Minsk qrupunun vasitəçiləri ilə birgə keçirilən görüş 3 saat davam etdi. Bundan sonra “Azadlıq” radiosunun suallarına cavab verən xarici işlər naziri Elmar Məmmədyarov bəyan etdi ki, danışıqlar çətin olsa da, davam edir.



Praqada aparılan danışıqlardan sonra fevralın sonu—martın əvvəli Avropa paytaxtlarının birində daha bir görüş keçiriləcək. Azərbaycanın xarici işlər naziri rəsmi Bakının mövqeyini belə açıqladı.



“Qaçqınlar qayıtmalıdır, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılmalıdır”.



Elmar Məmmədyarov rəsmi Bakı üçün fundamental məsələlərdə güzəştin olmayacağını bir daha dilə gətirdi.



“Ərazi bütovlüyü, torpaq mübadiləsi müzakirə mövzusu deyil”.



Ermənistanın xarici işlər naziri Vartan Oskanyan Praqa görüşünü ümumiyyətlə pis qiymətləndirmədiyini deyərək Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirənin açıq şəkildə aparıldığını bildirdi. Onun sözlərinə görə, tərəflər acıq diskussiya aparıblar.



“Bu görüş zamanı biz əvvəlki görüşlərimizdə əldə etdiyimiz prinsiplərin möhkəmləndirilməsinə nail olmağa çalışdıq”.



Vartan Oskanyan həmcinin bildirdi ki, Ermənistanın üç əsas tələbi—Dağlıq Qarabağla Azərbaycan arasında bərabər münasibətlərin yaradılması, Dağlıq Qarabağla Ermənistan arasında korridorun rəsmi Yerevanın nəzarətində olması və Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatı barədə razılıq əldə olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG