Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

Aparılan araşdırmalara görə, məhkəmə qərarlarının 30 faizinin icrası uzadılır


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Ədliyyə Nazirilyinin qarşısında şikayətçilərlə hər gün qarşılaşmaq olar. Onların çoxu nazirliyin Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsinə gəlirlər. Şikayətlər isə məhkəmə qərararlarının yerinə yetirilməməsindəndir.

Bakı sakini Telman Mehdiyev deyir ki, 3 ildir məhkəmə qərarı yerinə yetirilmədiyinə görə döymədiyi qapı qalmayıb. 2002-ci ildə o mənzilinin ərazisini artırıb. Bundan sonra Bakı şəhər icra hakimyyətindən gəlib artırılmış tikintini söküblər. Məhkəmə ərazinin qanunauyğun artırılmasıyla bağlı Telman Mehdiyevin xeyrinə qərar çıxarıb. Qərara görə, sökdüyü əraziyə görə cavabdeh 37 milyon mənat pul ödəməlidir. Ancaq qərar 3 ildir icra olunmur.

Başqa bir şikayətçi Nazim Musayev də 3 ildir məhkəmə icrasını gözləyir. O təqaüddə olan bir neçə hərbçi ilə birlikdə yaşadığı mənzildən çıxarılıb. Məhkəmə onların mənzilə qaytarılması haqqında qərar çıxarsa da illərdir qərar icra olunmur.

«Tolerans» insan hüquqlarının müdafiəsi birliyi məhkəmə qərarlarının necə yerinə yetirilməsi haqqında 3 məhkəmə orqanında – Səbayel, Nəsimi və Abşeron rayon məhkəmələrində monitorinq keçirib. Təşkilatın idarə heyətinin sədri Aslan İsmayılov deyir ki, monitorinq nəticəsində məlum olub ki, məhkəmə qərarlarının təxminən 70 faizi bir ay ərzində icra olunur, qalan 30 faizi isə növbəti aylara, bəzən isə illərə keçir.

Aslan İsmayılov deyir ki, aparılan araşdırmaya görə, məhkəmə qərarlarının icra olunmamasının səbəbləri kadr çatışmazlığı, məhkəmələrdə icraçıların azlığı, işlərin tələb olunan səviyyədə qurulmaması, əməkdaşların maaşlarının azlığıyla bağlıdır.

Səbəblər sırasında hakimlərin qərarların icrasına nəzarət etməmələri, bəzən icrası mümkün olmayan qərarların çıxarılıması göstərilir. Məsələn, məcburi köçkünlərin qanunsuz yaşadıqları evdən çıxarılması haqqında məhkəmə qərarları çıxarılsa da, prezidentin məcburi köçkünlərin çıxarılmaması haqqında fərmanı olduğu üçün qərarın icrası mümkün olmur. Səbəblər sırasında məhkəmələrin müstəqil olmaması, məhkəmə qərarlarını icra etməyən qurumların siyahısında nazirliklərin üstünlük təşkil etməsi, məhkəmələrin icra hakimiyyətinə təsir imkanlarının zəif olması da göstərilir.



Ədliyyə Nazirliyi Məhkəmə Nəzarətçiləri və İcraçıları İdarəsindən isə bildirdilər ki, idarə əməkdaşları qərarları çox vaxt vaxtında icra edirlər, yubanmalarının səbəbləri haqqında isə heç bir məlumat verilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG