Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

Demokratiya və insan haqları qurumları Azərbaycanın bu sahədə gerilədiyini deyir


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Demokratik Koalisiya Layihəsi və Freedom House bu qiymətləndirməni Dünya Bankının, Human Rights Watch insan haqları təşkilatının, həmçinin yerli demokratiya və insan haqları qruplarının hesabatları əsasında aparıb. Bu zaman bəzi kriteriyalar əsas götürülüb. Məsələn, azad və ədalətli seçkilər keçirilməsi, hakimiyyət bölgüsü, qanunun aliliyinə hörmət, vicdan, din, söz azadlığı, ədalətli mühakimə olunmaq, azlıqların haqlarının təminatı və s.

Hesabatda Azərbaycanda ən çox son prezident seçkisinin azad və ədalətli keçməməsindən bəhs olunur. Deyilir ki, seçkinin nəticələrinin sayılmasında saxtakarlığa yol verilib, beynəlxalq müşahidəçilərə seçkidən sonra MSK-nın fəaliyyətinə nəzarət etməyə icazə verilməyib, polisin zorakılıqdan həddən artıq istifadə etməsi seçicilər arasında qorxu hissini gücləndirib, dövlət mediası, həmçinin özəl televiziya kanalları məlumatların verilməsində hakim partiyanın tərəfini saxlayıb. Seçkidən sonra yüzlərlə adam həbs olunub, saxlanılanlara işgəncə verilib.

Hesabatı hazırlayan qruplar belə qənaətə gəliblər ki, 2002-ci il Seul iclasından sonra Azərbaycan hökuməti azad və ədalətli prezident seçkiləri keçirə, çoxpartiyalılığı irəlilədə, bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edə bilməyib, əsas insan haqları və azadlıqlarına hörmət qoymayıb.

“Azərbaycan bütün demokratik standartlara görə pis göstəriciyə malikdir. Elə bunun nəticəsidir ki, Freedom House-un ötən ilki hesabatında Azərbaycan qismən azad ölkədən qeyri-azad ölkəyə çevrilib, Human Rights Watch-un hesabatlarında sadalanan hadisələr də göstərir ki, Azərbaycan Santiaqoda nazirlərin görüşünə dəvət olunmaq üçün bir çox kriteriyalara nəinki uyğun gəlmir, yaxın gələcəkdə hökumətin ölkəni demokratiya ruhunda idarəetmək fikri yoxdur.”

Bunlar da hesabatda qeyd olunanlardır.





Prezident aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov deyir ki, ictimai təşkilat olaraq Demokratik Koalisiya Layihəsi və Freedom House öz fikrini istədiyi şəkildə bildirə, istənilən metodlarla tədqiqat apara bilər. Ancaq Azərbaycan bu müddət ərzində demokratiya sahəsində heç də geriləməyib, əksinə irəli gedib. Son prezident seçkiləriylə bağlı deyilən tənqidlərlə də Əli Həsənov razı deyil.

Əli Həsənov Azərbaycan hökumətinin demokratik islahatlar aparmağa meylli olmamasını düzgün fikir saymır.

Prezident aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun fikrincə, Freedom House-un, Human Rights Watch-un bundan əvvəlki hesabatları da subyektiv olub, onlar Azərbaycanda əsl tədqiqat aparmaq əvəzinə bəzi müxalifət təşkilatlarının dediklərindən istifadə ediblər.

Freedom House-un Budapeşt ofisinin direktoru Kristi İvenson bir daha vurğulayır ki, onlar müxtəlif etibarlı mənbələrdən istifadə ediblər.

“Azərbaycana gəlincə, 2000, 2002 və 2004-cü illərin hadisələri araşdırılıb, məsələn, hökumətin apardığı siyasət, 2003-cü ilin prezident seçkisi, seçkidən sonrakı nümayişlər, müxalifətçilərin həbsi və sairə”

Kristi İvensonun fikrincə, Azərbaycan demokratik azadlıq yolunda geriləyir. Ermənistanda da vəziyyət buna oxşardır. Gürcüstana gəlincə, bu ölkədəki son prezident seçkiləri hökumətin demokratik standartları yerinə yetirməyə daha çox meylli olduğunu göstərdi.

Santiaqo görüşünün əhəmiyyətinə gəldikdə isə, xanım İvenson bunu dünyanın demokratik ölkələrinin bir araya gəlmək və bir sıra problemlərri həll etmək imkanıyla izah edir.

“Bu həm prestij məsələsidir, həm də Demokratiyalar İcmasına imkan verir ki, həm demokratik, həm də demokratiyaya keçid dövrünü yaşayan ölkələr üçün prioritetlər təyin etsin, proble
XS
SM
MD
LG