Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:30

Zərdüşt Əlizadə: Azərbaycan imkanlarının 50 faizini istifadə eləsəydi Dağlıq Qarabağ problemi çoxdan həll olunmuşdu


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı növbəti görüşü, bu görüşdə mərhələli həll variantının müzakirəsi və ümumiyyətlə danışıqlar prosesinin müəyyən müddətə dayandırılması siyasi dairələrdə hazırda ən çox müzakirə edilən məsələlərdəndir.

Anna vətən partiyası sədrinin müavini, millət vəkili Zahid Oruc danışıqların bir müddət ara verməsini belə izah edir: «ortada olan sənəd görünür daha çox Ermənistanın ziyanına olduğu üçün onlar müxtəlif bəhanələrlə danışıqlar prosesini tamamilə dayandırmağa çalışdılar. Sonra bunun səmərəsizliyini görüb indii danışıqlara yenidən razılıq veriblər».

Millət vəkili hesab edir ki, əgər mərhələli həll variantı gerçəkləşərsə bu bir başa Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ərazilərini qeyd - şərtsiz azad etdirmək istəyinin artıq keçməsi deməkdir.

Danışıqların Azərbaycan üçün ziyanlı tərəfinə gəlincə, Zahid Oruc deyiyir ki, bunun yalnız bir zərəri ola bilər. «belə ki, kənar ərazilərin işğaldan azad olunması müqabilində Dağlıq Qarabağın müstəqilliyi yaxud da Azərbaycanla konfederativ əsaslarla bir birliyin modeli qoyulmuş olsun »

Politoloq Zərdüşt Əlizadə deyir ki, ümumiyyətlə mərhələli həll variantının yeganə müsbət cəhəti ondan ibarətdir ki, o problemin ölü nöqtədən tərpənməsinə imkan verir. Mənfi cəhətə gəlincə, əgər tərəflər arasında inam olmasa, həmçinin kənardan obyektiv həll naminə güclü təziyiq olmasa, onda münaqişə dövründə yaranmış inamsızlıq, ədavət mərhələli həllin gerçəkləşməsinə mane olur. Politoloqun sözlərinə görə Ermənistan çalışır ki, mərhələli həllin ilk mərhələsində Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı üzərinə konkret öhdəlik götürsün. Azərbaycan isə çalışır ki, həmin rayonların azad edilməsi yalnız Ermənistana və Dağlıq Qarabağa kommunikasiya xətlərinin bərpası, yolun açılması ilə tarazlaşdırılsın. Cənab Əlizadənin fikrincə məhz bu məsələdə ciddi mübahisələr gedir. O deyir ki, «dəfələrlə Amerika və Rusiya bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyün tanıyırlar. Eyni zamanda onlar Qarabağın müstəqillik niyyətini dəstəkləmədiklərini də bildiriblər. İndii isə onlar, bir dəfə də indidən Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək statusu məsələsini müzakirə eləməyə hazır olduqlarını bəyan eləməlidirlər. Məhz bu halda tərəflərdə müəyyən araxayınçılıq yaranar. Paket və mərhələli həllin bu birləşməsi fikrimcə mərhələli həll variantının gerçəkləşməsini sürətləndirə bilər».

Zərdüşt Əlizadə belə deyir və əlavə edir ki, Ancaq hələlik belə bir mövqe görünmür. Danışıqların gedişində Azərbaycan üçün konkret təhlükənin nədən ibarət olduğuna gəlincə, politoloq deyir ki, ciddi təhlükə heç də Ermənistan tərəfdən deyil. «Təhlükə Azərbaycana içəridəndir. Ordunun zəifliyi, diplomatiyanın səviyyəsizliyi, təbliğat müharibəsi aparmamağımız bizimçün təhtükədir. Ən böyük təhlükə imkanlarımızın yalnız 0,5 faizindən istifadə eləməyimizdir. Əgər Azərbaycan imkanlarının 50 faizin istifadə eləsəydi biz problemi çoxdan həll eləmişdik».

Zərdüşt Əlizadə deyir ki, çox sadə addımlar var ki, Azərbaycan onu ata bilər və həm danışıqlar prosesi yerindən tərpənər, həm də Ermənistan cəmiyyətində ciddi dəyişikliklər baş verər. Azərbaycan separatçılara nifrətini, əlində silah ölkəyə soxulanları qovacağını bildirməklə yanaşı erməni xalqı ilə əbədi düşmən mövqedə dayanmaq fikrində olmadığını və münaqişə qurtarandan sonra adi qonşuluq münasibətini bərpa edəcəyini də bildirməlidir.

Politoloq Zərdüşt Əlizadə belə deyir.

Beynəlxalq hüquqda ərazi problemləri üzrə mütəxəssis, müstəqil politoloq Rüstəm

Günün bütün mövzuları

XS
SM
MD
LG