Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

Gürcülər, azərbaycanlılar və ermənilər Qafqaz orkestri yaradırlar


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Azərbaycan, Ermənistan və Gürcüstan musiqiçilərindən ibarət orkestr yanvarın 10-da birinci toplantısını keçirib.



Üç Qafqaz ölkəsinin musiqiçilərinin bir yerdə toplanması təşəbbüsünü alman dirijoru Uve Berkemer irəli sürüb. Sonra bir sıra təşkilatların dəstəyi ilə azərbaycanlı, gürcü və erməni musiqiçilər bir araya gətirilib. Amma Azərbaycanda bu layihəni bəyənməyənlər də var.



Mədəniyyət Nazirliyi layihənin Azərbaycanın mənafeyinə uyğun olmadığını hesab edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bu təklifə hələ sentyabr ayında rədd cavabının verildiyini deyir.



Azərbaycanın Gürcüstandakı səfirliyində isə yenicə yaradılan Qafqaz Kamera Musiqisi Orkestri haqda məlumat yoxdur. Səfirin müavini Elxan Poluxov dəqiqləşdirmə aparıldıqdan sonra Azərbaycan və Ermənistan musiqiçilərinin bir yerdə çıxış etməsinə rəsmi münasibət bilidiriləcəyini deyir.



Gürcüstanın Mədəniyyət, Tarixi Abidələrin Qorunması və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Natia Moraçaşvili isə orkestrin yaradılmasına həsr olunan konfransda Azərbaycan səfirliyinin mədəniyyət attaşesinin iştirak etdiyini deyir.



Nazirliyin beynəlxalq əlaqələr departamentinin başçısı Zviad Mçedilişvili Azərbaycanın rəsmi mövqeyinin siyasi motivlərə söykəndiyini deyir. Onun sözlərinə görə, mart ayında Cənubi Qafqazın hər üç ölkəsində, o cümlədən də Azərbaycanda musiqiçilərin seçimi üzrə tender keçiriləcək. Artıq bu haqda razılıq əldə olunub.



Qafqaz Kamera Musiqisi Orkestri Tbilisidəki Höte İnstitutunun nümayəndəliyinin, Almaniya səfirliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə gələcəkdə Avropa ölkələrində konsertlər verməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG