Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:25

«Yeni Müsavat»dan gedənlər hakimiyyətin təzyiqlərindən yorulublar?


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” «Yeni Müsavat»ı tərk edən sabiq redaktor heyəti baş verənləri şərh etmək niyyətində deyillər. danışmağa meylli deyillər. Və bunu mətbuatda yazıldığı kimi redaktor yeni korpusuna etimadsızlıq və ya parçalanma kimi qiymətləndirmirlər. Msələn, «Yeni Müsavat»ın sabiq redaktoru Xalid Kazımlı belə deyir. Amma prezident seçkisindən və baş redaktor Rauf Arifoğlunun həbsindən sonra «Yeni Müsavat»a rəhbərlik etmiş Qabil Abbasoğlu gedişinin səbəbini gizlətmir və bunu yorğunluqla izah edir. Onun sözlərinə görə, seçkidən sonrakı mərhələdə qəzetin çoxsaylı problemlərini yoluna qoymaq, ağır şəriatdə qəzeti qoruyub saxlamaq onun səhhətinə və əsəblərinə təsir göstərib.



Qabil Abbasoğlu hesab edir ki, bütövlükdə redaktor korpusunun və müxbirlərin bir hissəsinin qəzetdən çıxmasını onun qərarı ilə bağlamaq düzgün deyil. Əslində sabiq redaktor deyir ki, o bu qərarı vermək üçün yüz ölçüb - bir biçib, o üzdən də həmkarlarını isə o tələskənlikdə qınayır.



Qəzetin yeni redaktoru və baş redaktor Rauf ARifoğlunun qardaşı Azər Ayxan isə hamını əmin edir ki, «Yeni Müsavat»ın siyasi kursunda elə bir dəyişiklik olmayacaq, qəzet Müsavatın ideyalarına sadiq qalacaq. O ki qaldı, gedənlərə. Azər Ayxan deyir ki, Qabil Abbasoğlu başda olmaqla bir neçə nəfər sadəcə, yeni qəzetdə işləmək istədikləri üçün gedirlər. Amma şəxsən onun təiynatından sonra daha bir neçə nəfərin, o cümlədən redaktorların getmələrini isə o da tələsik və emosianal addım kimi qiymətləndirir. Azər Ayxana görə, onların bir qismi iddialı olduğu üçün, bir qismi onun təiynatı ilə barışmadığından belə addım atıb.



Yeni redaktor əmindir ki, çox keçmədən ikinci dalğada gedənlər yenidən «Yeni Müsavat»a qayıdacaqlar, indisə onlara vaxt vermək lazımdır.



Qəzetin təsisçisi İsa Qəmbər isə qəzetdəki dəyişiklikyi nə siyasi qarşdurmalarla, nə də qəzetlərin yazdıqları kimi seçkidən sonra partiya içində ziddiyyətlərin dərinləşməsi ilə izah edir. O sadəcə, bir məqama diqqət çəkməyi vacib bilir. Hakimiyyət təmsilçiləri qəzetə qarşı kampaniya aparır. Onun hesabına həbs qoyub, satışına məhdudiyyətlər yaradıblar.



Amma İsa Qəmbər qəzet daxilində xırda-para söz-söhbətlərin ola bilməsini də istisna etmir. Və bu prosesdə gedənlər də, gələnlər də ola bilər. O partiyanın qəzetin daxili işlərinə, o ücmələdən kadr siyasətinə qarışmadığını da vurğuladı.



O ki qaldı bu söz-söhbətin araxasında qəzetin siyasi istiqamətində dəyişiklik olması haqda dedi-qodulara, Müsavat partiyasının başqanı bu söz-söhbətin həmişə getdiyini, amma özünü doğrultmadığını xatırlatdı…



Ekspertlərdən isə «Yeni Müsavat»da gedən prosesləri həqiqətən də yorğunluqla izah edənlər də, arxasında siyasi oyunlar dayandığını iddia edənlər də var. Məsələn, siyasi şərhçi Rauf Mirqədirov deyir ki, redaktor heyətinin gedişini onların çətinliklərdən yorulması ilə bağlamaq olmaz. Onun qənaətincə, ola bilsin ki, kollektivin bir hisəssi qəzetin rəhbəri Rauf Arifoğlunun siyasi baxışları və qəzetdəki tutduğu yeni xətt ilə razılaşmırlar.



Digər ekspert Elmar Hüseynov isə təsisçi İsa Qəmbərin fikirlərini önə çəkir. Ona görə, gedənlərə müəyyən mənada haqq qazandırmaq mümkündür. Onlar artıq çətinliklərə dözə bilmirlər. Ancaq Elmar Hüseynov nikbindir. Onun firkincə, müxalifət qəzetlərinin ən böyük dayağı oxucularıdır. Və oxucular bu dəfə də qəzetə dəstək verəcəklər.



Qəzetin həm də xilaskarı kimi təqdim olunan oxuculara gəlincə. Onlardan bəzisi müəlliflərin gedişini təəsüflə raşıladıqlarını bildirir və bu dəyişikliklərin elə burda da bitməsini arzu edirlər. Bəzi oxucular isə deyirlər ki, düzdü, ayrı-ayrı jurnalistlərin yazılar

Günün bütün mövzuları

XS
SM
MD
LG