Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:28

«Panorama»da bu dəfə yeni ilin ilk həftəsinə nəzər yetirəcəyik. Studiyamızın qonağı isə «Turan» İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalıdır...


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Öncə həftə ərzində baş verən hadisələrlə qısaca tanış olaq...

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi və ardınca da məzuniyyətə çıxdı...

Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanda bələdiyyə seçkilərinin demokratik standartlara uyğun keçirilmədiyi qeyd edildi...

Rusiyadan verilən qazın kəsilməsi ilə bütün həftə boyu mavi yanacağsız qalan Azərbaycanın 40 rayonunda əhali odun tədarükü görmək üçün meşələrə üz tutdu...

800-ə yaxın zəvvar avtobuslarla Həcc ziyarətinə yola düşdü...

«Heritage Foundation» İnstitutunun hesabatında Azərbaycan dünyada iqtisadi azadlıqların səviyyəsinə görə 103-cü yerdə göstərildi...

«Sərhədsiz Reportiyorlar» təşkilatının 2004-cü ilə aid hesabatında qeyd edildi ki, Azərbaycanda prezident seçkilərindən sonra jurnalistlərin vəziyyəti bir qədər də ağırlaşıb...

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupu bəyan etdi ki, ötən il Azərbaycanda mətbuat, din və vicdan azadlıqları sahəsində geriləmələr olub...

Paytaxtın Nəriman Nərimanov heykəli yaxınlığındakı ərazidə sürüşmə baş verdi...

Redaktor Qabil Abbasoğlu və daha bir neçə jurnalist «Yeni Müsavat» qəzetindən getdilər...

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı qeyd etdi ki, sonuncu sürüşmə hadisəsi bir daha göstərdi ki, Azərbaycan hökuməti fövqaladə hallara hazır deyil. Bakıda aparılan tikintilərdə ancaq kommersiya maraqları güdülür. Nə şəhərin baş planı, nə dövlətin maraqları, nə də əhalinin təhlükəsizliyi nəzərə alınır. Tikinti işləri aparan firmaları da yuxarı səviyyələrdə dövlət məmurları himayə edirlər...

«Panorama»da həmçinin gələn həftəyə də nəzər yetirdik.

Yanvarın 10-u Dövlət Komisiyası sürüşmənin səbələri və həmin ərazilərdə tikintilərin davam etdirilib-etdirilməməsiylə bağlı açıqlama verməlidir...

Yanvarın 10-da «Yeni Müsavat» qəzeti də çapını bərpa etməlidir...

Yanvarın 11-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Vardan Oskanyanla görüşmək üçün Çexiyanın paytaxtı Praqaya yola düşməlidir...

Yanvarın 11-i Azərbaycandan daha 900 zəvvar təyyarə ilə Həcc ziyarətinə getməlidir...

Yanvarın 14-də Yaponiya Xarici İşlər nazirinin birinci müavini İşiro Aisava Bakıya gəlməlidir...
XS
SM
MD
LG