Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:20

İsveçrə bank sirlərini verə bilər


İsveçrə bank sirləri haqqında qanunu yüngülləşdirməyə razılaşıb. İsveçrədə uzun illərdən bəri formalaşan ənənələrə görə bu ölkə varlı xaricilərin milyardlarla dollar pulu haqqında məlumatı başqalarına vermir.

İndi hökumət həmin qaydaların bir qədər yumşaldılmasına qərar verib.

Martın 13-də İsveçrə hökumətindən məlumat veriblər ki, bank sirləri barədə məlumatı başqa ölkələrlə bölüşə bilərlər. Amma bunun üçün mütləq vergidən yayınma haqqında ciddi faktlar təqdim olunmalıdır.
XS
SM
MD
LG