Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

Seysmoloqlar sürüşmə zonasında yeni çatların yarandığını deyirlər


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Yanvarın 5-də Bakının Yasamal rayonunda sürüşmə baş vermiş ərazidə yeni çatlar yaranıb. Bu haqda məlumat verən seysmoloq Elçin Xəliliov deyir ki, ərazidə aparılmış tikinti torpağı yumşaltdığından sürüşmə prosesi az da olsa gedir və risk yüksəkdir.



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yeni çatların yarandığını inkar edir.



Bir neçə gündür sürüşməyə məruz qalan binanın sakinləri öz evlərində yaşamırlar. Onlar hadisəyə yaxınlıqdakı tikintinin səbəbkar olduğunu deyirlər.



Baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, artıq tikinti işləri dayandırılıb.



Hacıbala Abutalov deyir ki, sakinlərin evlərinə qayıdıb-qayıtmayacaqları hadisə üzərində işləyən komissiyanın rəyindən sonra məlum olacaq. Komissiya rəyini yanvarın 10-da açıqlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG