Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:36

«Yeni Müsavat» qəzetinin rəhbərliyində dəyişiklik olub


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bir müddət əvvəl çapını dayandırmış «Yeni Müsavat» qəzetinin rəhbərliyində dəyişiklik baş verib. Qəzetin redaktor səlahiyyətlərini icra edən Qabil Abbasoğlu öz xaşihi ilə işdən çıxıb.



Qabil Abbasoğlu deyir ki, işdən getməsi yorğunluqla və əvvəlki kimi işləyə bilməməsiylə bağlıdır. O, bundan sonra «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevin rəhbəri olacağı qəzetdə işləyəcək.



Qabil Abbasoğlu ilə birlikdə «Yeni Müsavat»ın bir neçə əməkdaşı da qəzeti tərk edir. Qabil Abbasoğlunun sözlərinə görə, bu, parçalanma demək deyil.



«Yeni Müsavat» qəzetinin çapı isə yeni rəhbərlik altında yanvarın 10-da bərpa olunacaq. Bu haqda qəzetin yeni readaktoru Azər Ayxan məlumat verdi. Azər Ayxan həbsdə olan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşıdır. O deyir ki, qəzetə rəhbərliyi Rauf Arifoğlunun təqdimatı ilə üzərinə götürüb.



Azər Ayxanın sözlərinə görə, «Yeni Müsavat»da baş verən son hadisələrdə Müsavat partiyası rəhbərliyinin hər hansı rolu yoxdur və redaksiyada parçalanma baş verməyib. Çapını bərpa edəndən sonra isə qəzet əvvəlki kimi çıxacaq.



«Yeni Müsavat» qəzeti 1990-cı ildən çap olunur. Maliyyə çətinliyi üzündən bir neçə dəfə dövriliyində fasilələr olub. Qəzetin baş redaktoru Rauf Arifoğlu ötən ilin prezident seçkilərindən bir gün sonra Bakıda baş vermiş toqquşmaların təşkilində ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG