Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:49

Qazın kəsilməsi Gəncəbasarda oduna tələbatı artırıb


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Rusiyanın Azərbaycana nəql etdiyi qazın dayanmasından sonra Gəncəbasar bölgəsində də qaz-işıq problemi yaranıb.



Azərbaycanın ikinci böyük şəhəri kimi Gəncəyə verilən gündəlik 900 min kubmetr qaz limiti azaldılıb və hazırda şəhərə gün ərzində 765 min kubmetr qaz verilir. Həm də qaz verilməsində məhdudiyyətin vaxtı bir saat artırılıb. Nəticədə şəhərin bir neçə məhəlləsi qazsız qalıb.



Qərb regionunun digər rayonlarında isə qazın verilməsi tamamilə dayandırılıb. Eyni zamanda işıq verilməsində məhdudiyyətlər artırılıb.



Tovuz rayonunun sakinləri hər gün işığın bu cür fasilələrlə verilməsinə etiraz edirlər. Tovuzun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndinin sakinləri isə işıqsız qalmalarına etiraz edərək Tovuzdan Ermənistana gedən sərhəd yolunu bağlayıblar. Bundan sonra kənddə işığa qoyulan məhdudiyyət azaldılıb. Ancaq digər kəndlərdə və Tovuzun özündə əksinə, artırılıb.



Qazax rayonunda da vəziyyət oxşadır. Qazın kəsilməsi ilə yanaşı işığın verilməsində də məhdudiyyət artıb.



Qərb regionunda qaz əsasən rayon mərkəzləri və bir neçə kəndə çəkilib. Digər kəndlərin sakinləri indiyədək yanacaq kimi meşələrdən istifadə edirlər. Bunun da nəticəsində minlərlə hektar meşə zolağı qırılır. Qazın kəsilməsi isə oduna olan tələbatı daha da artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG