Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Bakı aeroportuna metro xətti çəkilməsi nəzərdə tutulur


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bakı Metropoliteninin xətləri Binə hava limanına qədər uzadıla bilər.



Metropolitenin baş mühəndisi Elbrus Muradovdan aldığımız məlumata görə, artıq bu barədə təklifər Nazirlər Kabinetinə göndərilib. Yeni xəttin üzərində bir neçə stansiyanın tikilməsi məqsədəuyğun sayılır. Onlardan biri də aeroportun yaxınlığındakı «Sədərək» yarmarkası yanında olacaq. Qatarların xəttin bəzi hissələrində yerin üstü ilə getməsi mümkündür.



Elbrus Muradovun bildirdiynə görə, dünyanın bir çox böyük şəhərlərində hava limanı ilə şəhər mərkəzi arasında metro xətti var. O deyir ki, əgər xəttə 6 qatar buraxılsa, sərnişinlər 10 dəqiqədən bir hava limanına yollana bilərlər.



«Əzizbəyov» stansiyasından aeroportacan təxminən 20 dəqiqəlik yol olacaq. Aeroporta qatarları üç stansiyadan – «Memar Əcəmi», «Həzi Aslanov» və «Bakı Soveti» stansiyalarından yollamaq nəzərdə tutulur. Amma hələ ki, Nazirlər Kabineti bu təkliflərə cavab verməyib.
XS
SM
MD
LG