Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Qazsız qalan Şimal bölgəsində meşələrə "hücum" başlanıb


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Rusiyadan Azərbaycana verilən təbii qazın kəsilməsi Quba, Qusar və Xaçmaz rayonlarında əlacsız qalan əhalinin meşələrə üz tutması ilə nəticələnib. Artıq rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binalarında da sakinlər odundan istifadə etməyə başlayıblar.



Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektindəki çoxmərtəbəli binaların sakinləri bizimlə söhbətlərində elektrik enerjisinin böyük fasilələrlə verilməsi ilə əlaqədar odun peçlərindən istifadə etdiklərini söylədilər.



Yaşayış massivində olarkən mənzillərinə ağac budaqları, taxta və taxta yonqarı, qoz, fındıq qabıqları daşıyan adamlarla da rastlaşdıq. Onlar daha çox bəzi kütləvi informasiya vasitələrini və yerli rəsmiləri Rusiyadan Azərbaycana nəql olunan təbii qazın bərpa ediləcəyi ilə bağlı yanlış məlumatlar yaymaqda günahlandırdılar. Sakinlər bildirdilər ki, təbii qaz uzun müddət verilməsə, kütləvi şəkildə meşə və parkları qırmalı olacaqlar.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qusarda yerləşən 5 saylı regional idarəsinin rəisi Mikayıl Manafov bizimlə söhbətində təbii qazın kəsilməsindən sonra meşələrin qırıldığını təsdiqlədi.



İdarə rəisi dedi ki, meşə nəzarətçiləri hələlik vəziyyətə nəzarət edə bilirlər və bölgə sakinlərinə meşə qırıntılarından istifadə etməyə icazə verirlər. Amma vəziyyət belə davam etsə, çox çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG