Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:51

Qətldə şübhəli bilinən Luqavoy Soçinin meri ola bilər


Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı və Britaniya vətəndaşı Aleksandr Litvinenkonu öldürməkdə şübhəli bilinən Luqavoy Soçi meri uğrunda seçkilərdə namizəd ola bilər. Andrey Luqavoyun özü də keçmiş xüsusi xidmət əməkdaşıdır.

Rusiya Dövlət Dumasındakı Liberal Demokrat Partiyası qrupunun lideri jurnalistlərə bildirib ki, onun partiyasının Soçi meri vəzifəsinə daha çox ehtimal edilən namizədi Luqavoydur.

Britaniya 42 yaşlı Luqavoyu öz vətəndaşının qətlində şübhəli bilib onu Rusiyadan almaq istəyir.
Litvinenko 2006-cı ilin noyabrında qətlə yetirilmişdi.

Bir Şimali Qafqaz şəhəri olan Soçi 2014-cü ilin Qış Olipmiya oyunlarına ev sahibliyi edəcək. Bu şəhərin meri vəzifəsinə seçki aprelin 26-da keçiriləcək.
XS
SM
MD
LG