Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:45

Bakıdakı sürüşmənin səbəbi hələlik məlum deyil


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bakının Nəriman Nərimanov meydanındakı sürüşmənin səbəbləri hələlik məlum deyil.



Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli deyir ki, bu haqda komissiyanın məlumatı yanvarın 8-dən tez açıqlanmayacaq. Hələliksə mütəxəssislərdən ibarət komissiya tədqiqatı davam etdirir. Hadisənin səbəbləri ilə yanaşı həm də ötən müddətdə çatların artıb-artmaması, sürüşmənin davam edib-etməməsi araşdırılır. Bu məqsədlə hər yarım saatdan bir yoxlama aparılır.



Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, baş nazirin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov gün ərzində vaxtaşırı hadisə yerinə baş çəkərək son vəziyyət haqda məlumatları baş nazir Artur Rəsizadəyə məruzə edir.



Sürüşmənin səbəbləri haqda ehtimalların hələlik heç biri rəsmi şəkildə təsdiqlənməsə də, bunun həmin ərazidəki tikililərlə bağlı olduğunu iddia edənlərin sayı artmaqdadır. Artıq bu siyahıya ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Arxitektorlar Assosiasiyası da qoşulub.



Arxitektorlar Assosiasiyası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edərək şəhərin mərkəzində və Xəzər sahilinə yaxın ərazidə çoxmərtəbəli binaların tikintisinin qadağan olunmasını tələb edib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı isə komissiyanın rəyi açıqlanmadan hər hansı ehtimala üstünlük verməyin tərəfdarı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG