Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Vahid press-kartlar jurnalistlərə müəyyən imtiyazlar vəd edir


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Mətbuat Şurasının göy kartı jurnalistlərə nəqliyyat xərclərində müəyyən güzəştlər verə bilər. Belə vəsiqəsi olan jurnalistlər hansısa konfransa, tədbirə, ilkin mənbədən məlumat almağa gedəndə də güzəşt əldə edə biləcək. Bundan başqa, dövlət strukturları da məhz belə kartı olan jurnalistləri tanıyacaq. Bunları Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir.



Yanvarın 7-də Mətbuat Şurası daha bir qrup jurnalistə belə vəsiqə verib. Bir müddət əvvəl həmin vəsiqələrin bir hissəsi paylanmışdı. Əflatun Amaşovun dediyinə görə, Türkiyədən daha 500 vəsiqə gətirilib.



Ümumilikdə, Azərbaycanda 2500 jurnalistə belə vəsiqə veriləcək. İlkin hesablamalara görə, respublikada məhz bu qədər jurnalist var.



Əflatun Amaşovun dediyinə görə, əslində, Azərbaycanda jurnalist vəsiqəsi gəzdirən şəxslərin sayı on minlərlədir. Vəsiqələrin verilməsində məqsəd bu sayı azaltmaq, jurnalistikadan öz məqsədləri üçün istifadə edənlərə mane olmaqdır.



Əflatun Amaşov deyir ki, məqsəd həm də jurnalistlə redaksiya rəhbərliyi arasında müqavilə bağlanmasına nail olmaqdır. Çünki bir çox hallarda readaksiya rəhbərliyi jurnalisti işdən çıxarır, onu müdafiə etmək isə nə jurnalist təşkilatlarına, nə də həmin şəxsin özünə müyəssər olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG