Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:20

Pakistanda müxalifətin etirazları davam edir


Döyülmələrə və həbslərə baxmayaraq Pakistanda hüquqşünaslar və müxalifət qruplarının etirazları davam edir.
Polis bugünlərdə bir neçə yüz kasiya iştirakçısını saxlayıb. Ökumət paytaxt İslamabadda martın 16-a planlaşdırılan yürüşün keçiriləcəyi yeri hərəkətə bağıayıb.

Rəsmilər ölkədəki siyasi böhranın müzakirəsi üçün müxalifəti danışıqlara çağırıb.

Eyni zamanda, prezident Asif Əli Zardari və baş nazir Yusif Raza Gilani martın 13-də görüşərək ölkədəki vəziyyəti müzakirə ediblər. Prezident ordunun komandanı general Aşfaq Pərviz Kayani ilə də danışıb.

Müxalifət hökumətdən tamamilə müstəqil olan məhkəmə sistemi yaradılmasını tələb edir. Müxalifət ölkənin ali məhkəməsinin keçmiş sədri İftixar Çaudrinin vəzifəsinə qauytarılmasını istəyir. Onu 2007-ci ildə keçmiş prezident Pərviz Müşərrəf vəzifəsindən azad etmişdi.

Bu yaxınlarda Ali Məhkəmə müxalifət lideri Şərif və onun qardaşının siyasi fəaliyyətinə məhdudiyyət qonayndan sonra gərginlik daha da artıb.
XS
SM
MD
LG