Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:30

Qəzet yayımçıları aclığa başlaya bilərlər


«Bizə qarşı təzyiqlərə son qoyulmayıb». Bunu «Azadlıq» radiosuna fərdi sahibkar Arif Əsgərov deyib. Onun sözlərinə görə, Səbail rayon İcra Hakimiyyəti Nizami küçəsi 52, 58 və Rəfibəyli küçəsi 35 ünvanında yerləşən 6 qəzet və jurnal satışı məntəqəsini ləğv edib. Nəticədə həmin ərazidə çalışan bir sıra fərdi sahibkarlara ziyan dəyib:

«Məsələ ilə bağlı Mətbuat Şurasına, Bakı Şəhər İcra Hakimiyyətinə, Prezident Aparatına müraciət etmişik. Bu gün Bakı Şəhər Ticarət Departamentinin rəisi Ramiz Hacıyevlə görüşdüm. O dedi ki, Səbail rayon İcra Hakimiyyəti diskalasiyasını dəyişib. Sonra Prezident Aparatında oldum, orda da dedilər ki, İcra Hakimiyyəti bununla bağlı lisenziya vermir və küçə ticarəti ilə məşğul olmur».

Jurnal yayımçısı İbad Manafovun sözlərinə görəsə, sözügedən ərazidə 2005-ci ildən işləyirlər. Əgər onların problemi həll olunmasa, geniş miqyasda aksiya keçirəcəklər:

«Səbail rayon İcra Hakimiyyəti qarşısında piket keçirəcəyik ki, yerlərimizi qaytarsınlar. Bu da nəticə verməsə, aclıq aksiyasına başlayacağıq».

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi məlum deyil.
XS
SM
MD
LG