Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:35

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində struktur dəyişikliklərinə başlanıb


Azərbaycanda qiymətli kağızlar ticarətini real vaxt çərçivəsinə keçirmək üçün bu sahənin bütünlüklə elektronlaşdırılmasına başlanıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Elnur Aslanlı belə deyib:

- Əsas məqsəd odur ki, qiymətli kağızlar bazarında aparılan əqdlərin real vaxt rejiminə keçirilməsinə nail olaq. Qiymətli kağızlar bazarındakı transaksiyaların milli ödəniş sistemi ilə əlaqəsini quraq.

E.Aslanlı onu da bildirib ki, bir neçə gün əvvəl Komitənin yeni əsasnaməsi təsdiq edildikdən sonra qurumda struktur dəyişikliklərinə də başlanıb.

Məqsəd qiymətli kağızlar bazarı iştirakçılarına səviyyəli xidmət göstərməkdir.
XS
SM
MD
LG