Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:11

Bakıdakı sürüşmə zonasında betonlama-bərkitmə işləri aparılacaq


Səs: Real audio
“İraqda seçkilər təxirə salınmalıdırmı?” Bakıdakı Nərimanov meydanı ərazisindəki sürüşmə prosesləri yanvarın 5-dən 6-na keçən gecə dayanıb. Bu haqda Ekologiya Nazirliyinin əməkdaşı Adışirin Ələkbərov məlumat verib.



Amma o, yeni sürüşmə təhlükəsinin mümkünlüyü barədə suala birmənalı cavab verməyib. Sürüşmə proseslərinin dayandığı bildirilsə də, polis divarlarında çatlar əmələ gəlmiş binanın əhalisi evakuasiya olunan blokları qarşısında növbə çəkib.



Sürüşmə baş verən və dərin çatlar əmələ gələn küçədə isə avtomobillərin hərəkəti bərpa olunmayıb. Həmin ərazidəki binalara qaz və suyun verilməsi dayandırılıb.



Sakinlər sürüşmənin ərazidə aparılan tikinti işləriylə bağlı olduğunu deyirlər. Sürüşmə baş verməsinə baxmayaraq, ərazidə tikinti işləri günün birinci yarısı davam etdirilib. Tikintidə çalışanlar isə deyirlər ki, sürüşmə tikinti işləriylə bağlı ola bilməz. Onlar lazımi bərkitmə işlərinin aparıldığını bildirirlər.



Tikinti işləri yalnız baş nazir Artur Rəsizadə, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov və ekologiya naziri Hüseynqulu Bağırov hadisə yerinə gəlməmişdən bir qədər əvvəl dayandırılıb. Ekologiya naziri Hüseynqulu Bağırov da sürüşmə proseslərinin tikintilərlə bağlı olmasını istisna etmir.



Bakı meri Hacıbala Abutalıbov isə tiktinti işləriylə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınmadığını deyib.



Sürüşməylə bağlı Nazirlər Kabinetində xüsusi komissiya yaradılıb. Komissiyanın ilk iclasında qərara alınıb ki, sürüşmənin gələcəkdə davam etməməsi üçün təcili tədbirlər görülsün.



Bu barədə məlumat verən Hacıbala Abutalıbov bildirib ki, ərazidə betonlama-bərkitmə işləri aparılacaq. Aparılan tikintilərdə binaların bünövrələrinin daha möhkəm olması üçün əlavə tədbirlər görüləcək.



Həmçinin, çat yaranmış küçədə gələcəkdə iri maşınların hərəkəti məhdudlaşdırıla bilər. Evakuasiya olunan sakinlər isə evlərinə 2 gündən sonra qayıda bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG