Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

Qırğızıstanın müxalifət deputatları, bu il ölkədə keçiriləcək parlament və prezident seçkilər dövürü Bakı hadisələrinin təkrarlanma ehtimalını müzakirə edirlər


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Qırğızıstanda, qarşıda qələn parlament və prezident seçkiləri ərəfəsində Gurcüstan və Ukrayna hadisələrinin təkrar olunma ehtimalı barədə müzakirələr güclənib. Hətta prezident Əskər Akayev son televiziya müsahibələrinin birində deyib ki, “xaricdən maliyyələşən“ inqilabçılar rəsmi Bişkekdə yeni hökümət qurmaq istəyirlər. Cənab Akayev özü Qırğıstanda baş verə biləcək inqlaba “zanbaq” adı verib.



“Doğrudanmı biz beynalxalq internasionalizmin, Qırğıstanda da “zanbaq” inqlabı həyata keçirmək istəyən şəxslərin maraqlarına Respublikanın,xalqın nəaliyyətlərini qurban verməliyik? Mən hesab edirəm ki, biz ölkədə razılığa nail olmalıyıq.”



Ölkənin “Res Publika” müxalifət qəzetinin əməkdaşı Zamira Syudukova öz məqaləsində yazıb ki, dövlət başçısının həyat yoldaşı Məryam, qızı Bermet, oğlu Aydar və bir sıra digər qohumları iqtidar yönlü “Qırğıstan irəli” partiyasının namizədləri kimi,parlament seçkilərində iştirak etmək niyyətindədirlər.



Qırğızıstanın müxalifət qüvvələri hesab edir ki, Ukrayna ilə Gürcüstan hadisələrinin ölkədə təkrər olunması ehtimalı ilə yanaşı, keçən il Azərbaycanda keçirilən prezident seçkiləri vaxtı yaranmış vəziyyəti də unudulmamalıdır. Müxalifət düşərgəsinə aid deputat Duyşon Çotonov hesab edir ki, hakimiyyət parlament seçkilərində qalib gəlmək üçün bütün qüvvələrini səfərbər edib. Çünki, parlament seçkiləri vəzifəsini tərk etməyə hazırlaşan prezident Əskər Akayev yaxınlarına, hakimiyyətdə qalmağa imkan verəcək.



“Biz istəyirik ki, Qırğızıstanda seçkilər sakit keçsin. Lakin biz hakimiyyətdən seçkilərin saxtalaşdırmasını gözləyirik. Narahatıq ki, iqtidar qanunları və

konstitutsiyanı pozacaq. İstisna etmirəm ki, hakimiyyətin Bakı hadisələrinə bənzər senarisi olsun.”



Müxalifətdən olan digər deputat Adaxan Madumarov əksinə hesab edir ki, Bakı hadisələrinin təkrar olunması mümkün deyil. Onun fikirincə,Azərbaycanda Heydər Əliyevin nüfuzu çox böyük idiş Buna görə, hüquq-mühafizə orqanları xalqa qarşı güc istifadə edə bildirlər.



“Əgər prezident Akayev Qırğızıstanda Azərbaycan variantını keçirmək istəsə,onda heç nə alınmayacaq. Çünki,burada xalq başqadır. Akayevin avtoriteti yoxdur,sıfıra bərabərdir. Hakimiyyətin nə hüquq-mühafizə orqanları, nə də xalq arasında nüfuzu yoxdur.”



İqtidar yönlü hesab olunan “Qeyri-hökümət və qeyri-kommersiya taşkilatları assosiyasiyasının” rəhbəri Toktayım Umetexieva da hesab edir ki, president Əskər Akayev xalqa qarşı güc tədbiq etməyəcək. Cünki, o hakimiyyətdə olduğu dövrdə özünü democrat kimi tanıdıb.



Sonda əlavə edək ki, dekabr ayının 29-da bir necə tələbə cəmiyyəti birgə bəyanat yayaraq deyiblər ki, onlar cavanların “Gızıl gül” və “Narıncı” inqilablarında rollarını bəyənirlər. Tələbə cəmiyyətləri hesab edirlər ki, cavanlar daha çox siyasətə cəlb olunmalıdır. Elə həmin gün,prezident Akayev tərəfindən,2005-ci ildə tələbə müavinatlarının 60 faiz artırılması barədə qərar verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG