Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:25

Hüquq müdafiəçiləri 2004-cü ili ağır il adlandırıblar


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu 2004-cü ili insan haqlarının vəziyyəti baxımından çətin və ağır il kimi qiymətləndiriblər.



Hüquq müdafiəçilərinin sözlərinə görə, 2004-cü ildə mətbuat, dini və vicdan azadlıqları dəfələrlə pozulub, məhkəmələr göstərişlərlə qərarlar çıxarıb.



Hüquq müdafiəçisi Səidə Qocamanlı isə prezidentin imzladağı əfv fərmanlarının siyasi məhbusların azalmasına birbaşa təsir göstərdiyini deyib.



Tərkibində 500-ə yaxın hüquqşünası birləşdirən Azərbaycan Hüquqşünaslar Forumu birləşmək hüquqlarının pozulmasıyla bağlı bəyanatla çıxış edib. Hüqüqşünaslar iki ildən artıq dövr ərzində qeydiyyata alınmamalarına etiraz edirlər.



Təşkilatın həmsədri Ənnağı Hacıbəyli deyir ki, qurum 2 ildir qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etsə də, onlara hər hansı cavab verilmir.



Ədliyyə Nazirliyi ictimai təşkilatların qeydiyyatı şöbəsinin əməkdaşı Xəlil Məmmədov isə bildirdi ki, hər hansı qurumun qeydiyyata alınmaması sənədlərin düzgün olmamasıyla bağlıdır.



Hüquqşünaslar Forumu, öz növbəsində, Ədliyyə Nazirliyini məhkəməyə verib.
XS
SM
MD
LG