Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:04

Bakıda yeni torpaq sürüşmələri baş verir


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Nərimanov heykəli ətrafında torpaq sürüşməsi təhlükəsi yaranıb.



Sürüşmə ərazisindəki mənzillərdən birində yaşayan Əmralı Hacıyev bildirir ki, buna səbəb son vaxtlar bu ərazidə çoxlu sayda tikintilərin aparılmasıdır. Onun məlumatına görə, binaların inşası ilə məşğul olan şirkətə və burada qazma işləri aparan mütəxəssislərə bu barədə dəfələrlə xəbərdarlıqlar da edilibmiş.



Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev də gəlib. O bildirib ki, daha ciddi təhlükə yaratmamaq üçün yolda maşınların hərəkətini tamam dayandırıblar.



Az miqdarda baş verən sürüşmə yerini nəzərdən keçirmək üçün hadisə yerinə Bakı meri Hacıbala Abutalıbov, təhlükəsizlik naziri Eldar Mahmudov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, fövqəladə hallar üzrə dövlət komissiyasının sədri Abid Şərifov gəlib. İlkin baxışa və müzakirələrə görə, sürüşmə zonasında olan evlərin sakinləri bu gecə köçürüləcəklər. Sabah isə hadisə yerində mütəxəssislər ilə araşdırmaya başlayacaqlar.



Abid Şərifovun bildirir ki, ilkin mərhələdə 100 ailə evakuasiya ediləcək. Sakinlərin tam evakuasiya edilib--edilməyəcəkləri isə mütəxəssislərin sabah verəcəyi qərardan asılıdır.



Yerli mütəxəssislərin ilkin olaraq söylədiklərinə görə isə, Cənub-Şərqi Asiyada baş verən fəlakətin indi olmasa da, gələcəkdə Qafqazda yerin tərkibində gedən proseslərə təsiri olacaq.



Milli Elmlər Akademiyasının Geologiya və Mineralogiya İdarəsinin baş elmi işçisi Firdovsi Əliyev bu fikirdədir. O, aparılan müşahidələrə əsaslanıb deyir ki, yaxın günlərdə ölkənin bəzi rayonlarında torpaq sürüşmələri baş verə bilər.



Abşeron yarımadasında belə təhlükəyə Bakı şəhərinin yerləşdiyi ərazi daha çox meyllidir. Bundan sonra Talış dağları, Naxçıvanın Şahbuz və Babək rayonlarının əraziləri sürüşməyə meylli ərazilər sayılırlar.



Baş elmi işçi deyir ki, hər bir ərazinin mühəndis və geoloji qiymətləndirilməsi prosesi başa çatıb və müvafiq dövlət strukturları, o cümlədən yerli icra orqanları bu barədə məlumatlandırılıblar.
XS
SM
MD
LG