Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:53

Sünni fəallar seçkilərin vaxtını dəyişdirməyə çağırırlar


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Sünni liderlərin əsas arqumenti budur ki, İraqın mərkəzində və şimalında təhlükəsizliyin pisləşməsi sünnilərin çoxunun səs verməsinə əngəl törədəcək. Bundan başqa onlar sünni fəalların gərəyincə seçki kampaniyası keçirə bilmədiyini deyirlər. Çərşənbə günü Bağdadda yüzlərlə sünni ruhanisi, sünni icmasının lideri və ya sadəcə alim toplaşaraq həmin məsələni müzakirə eləyəndə bu aqumentlər səslənib. Sünnilər arasında nüfuzu olan Müsəlman Ruhanilər Asosiasiyasının təşkil elədiyi bu tədbir zamanı belə bir bəyanat yayılıb. Bunu sitat gətirirəm. “Belə çətin və qarışıq şəraitdə seçki keçirmək İraq xalqının böyük bir qismini marginallaşdıracaq ki bu da parçalanmaya gətirəcək.”

Çərşənbə aşamkı görüşdə Sünni Dini Yardım İdarəsindən Ədnan Məhəmməd Salman əl Duleymi çıxışında əlavə arqumentlər də gətirib.

“Seçkini indiki atmosferdə keçirmək İraq xalqına bir sıra səbəblərdən xeyir gətirməyəcək – təhlükəsizlik şəraitinin pisləşməsi, iraqlıların böyük əksriyyətinin seçkiyə qatıla bilməməsi. Yddan çıxarmamalı ki, iraqlıların çoxu seçki vərəqəsini indiyəcən almayıb. Hətta paytaxt Bağdadda bu formalar bir çox məhəllələrə çatdırılmayıb. İraqa əcnəbilərin qanunsuz gəlişini də bura əlavə eləyək. “

Bu arqumentləri gətirən əl-Duleymi xaricilər deyəndə iranlılara işarə edir. Sünni icması belə bir ittiham irəli sürür ki, İran seçkidə şiələrin xeyrinə səs vermək üçün özünün bir milyon vətəndaşını İraqın cənubuna göndərib. Tehran İraqın daxili işlərinə qarışmaq nbarədə bütün ittihamları rədd eləyir.

Sünnilərin ən iri partiyası – İraq İslam Partiyası seçkidən geri çəkilərkən partiyanın başçısı Möhsün Əbdül Həmid ötən həftə həmin qərarı belə izah eləmişdi.

“Biz boykot yox, geri çəlkilməyimizi elan eləmişik. Biz artıq demişdik ki, müəyyən şərtlərlə seçkidə iştirak eləyə bilərik. Bu şərtlərə əməl olunmadı. Bu seçkilər İraqın bütün hər yerini əhatə eləməyincə ümumxalq seçkiləri sayıla bilməz. “

Sünni liderlər şərt deyərkən ilk növbədə təhlükəsizlik amilini önə çəkirlər.

Seçkilərin vaxtını dəyişmək məsələsini təkcə ayrı-ayrı kiçik qruplar qaldırmır. Ölkənin prezidenti əslən sünni olan Qazi əl Yavər bu barədə narahatlığını bildirb. Amma birbaşa seçkinin vaxtının dəyişdirilməsini təklif etməyib. Prezident bu barədə qərarı hökumətlə bağlı olmayan qurumların çıxarmalı olduğunu deyib. Yəni birbaşa seçkinin yanvarın 30-da keçirilməsinə qarşı çıxmayıb.

“Əgər biz desək ki, gəlin seçkiləri təxirə salaq, onda bir növ maraqların toqquşması alınacaq. Ancaq BMT və müstəqil seçki Komissiyası yəqin ki, yekun söz deməli iki tərəfdir.”

İraq prezidenti belə deyir. BMT isə səsvermələrin tarixini təyin eləməyə seçki komissiyasının məsul olduğunu bildirir.

Bundan Qabaq Müstəqil Seçki komissiyası vaxın dəyişdirilməsi üçün ölkə daxilində geniş diskusisya və BMT ilə müzakirələr lazım olduğunu bildirmişdi.

Baş nazir, əslən şiə olan Əyyad Ələvi isə seçkilərin vaxtında keçirilməsinə təkid eləyir.

“Hökumət seçkilərin təyin olunan vaxta keçirilməsi yolunu tutub. Bu qərarı hər iki tərəf - iraqlılar və BMT TŞ da razılaşdırıb.”

Bu sözləri deyən Ələviyə Birləşmiş Ştalar da dəstək verir.

Belə bir vəziyyət yaranıb. Seçkini təxirə salmağın tərəfdarları qiyamçılıq və təhlükəsizlik şəraitini arqument gətirirlər. Keçirmək tərəfdarları isə bu qiyamçılığa spon qoymaq və təhlükəsizliyi yaxşılaşdırmaq üçün seçki yoluyla formalaşan legitim hakimiyyət yaradılmasının vacib olduğunu deyirlər.
XS
SM
MD
LG