Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

Vaqif Hacıbəyli: seçki komissiyalarının rəhbərliyinin yalnız bir partiyanı təmsil etməsi aradan qaldırılmalıdır


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Bir qədər əvvəl müxalif qüvvələr ayrı – ayrılıqda seçki məcəlləsinə dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmüşdülər. Amma sonradan onlar bu dəyişikliklərin müxalifətin birgə təklifi kimi hazırlanması qərarına gəldilər. Yanvarın 12 – də müxalifət forum keçirərək həmin təkliflər barədə ictimaiyyəti məlumatlandırmaq fikrindədir.

AXCP-nın islahatçılar qanadının ali məclisinin sədri, millət vəkili Qulamhüseyn Əlibəyli irəli sürülən təkliflərdə Gürcüstan və Ukraynanın seçki qanunvericiliyindəki dəyişiklikləri də əhatə etməyə çalışdıqlarını desə də əsasən bir sıra prinsipial məsələlərə daha çox önəm verildiyini bildirir. O deyir ki, « burada söhbət seçki komissiyası, seçkilərin monitorinqi, namizədlərin verilməsi və digər məsələlərdən gedir».

Cənab Əlibəyli əlavə edir ki, hazırda prosedur məsələləri üzərində iş gedir. Onun sözlərinə görə təkliflər veriləndən sonra onların gerçəkləşməsi üçün forum Azərbaycanın demokratikləşməsində maraqlı olan bütün qüvvələrin fəaliyyətini əlaqələndirməyə çalışmalıdır.

Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə deyir ki, «Azərbaycan müxalifəti Gürcüstan və Ukraynadakı hadisələrdən vəcdə gələrək bu addımı atırlar. Onlar elə düşünürlər ki, Azərbaycanda da bu yolla nəyəsə nail olmaq mümkündür. Bu işdə onlar hətta Milli maraqları da nəzərə almırlar. Bunların hamisı təəssüf doğurur. Keçirdikləri forumda da məqsəd nəyin bahasına olursa olsun MSK-nı ələ keçirməkdir. Ancaq bu mümkün olmayacaq».

Fəzail Ağamalı əlavə edir ki, Azərbaycanın siyasi mənzərəsi təkcə müxalifətdən ibarət deyil. Ölkə kifayət qədər çoxsahəli siyasi spektora malikdir. Mərkəzi Seçki Komissiyası onların hamısının fövqündə dayanan, Azərbaycanın dövlət maraqlarına, ölkədə demokratik seçki ənənələrinin yaranmasına xidmət eləyən qurum kimi fəaliyyət göstərməlidir və bu gün o həmin prinsiplərlə işləyir.

Mərkəzi Seçki Komissiyasının rəhbərliyində müxalifətin təmsil olunması məsələsinə gəlincə, Fəzail Ağamalı deyir ki, hazırda müxalifət nümayəndələrindən biri bu qurumun katibidir: » nə üçün onlar MSK-nı inhisara almaq istəyirlər? Ondarın nəyi digər siyasi partiyalardan üstündür? Niyə onlar iddia edirlər ki, MSK-da yerlər 50\50-yə bölünməlidir? Bəs digər partiyaların hüquqları necə olsun».

Ana Vətən partiyasının lideri deyir ki, bu gün müxalifətin dövlətçiliyə xidmət edən qanadı var. Ancaq onunla radikal müxalifət arasında çox böyük problemlər mövcuddur. Nəyə görə onların təklifləri nəzərə alınmır? Fəzail Ağamalının fikrincə, müxalifət düşərgəsini bir neçə partiyanın manapoliyaya alması düzgün deyil. Bu səlahiyyəti onlara heç Kim verməyib.

Əhrar Partiyası sədri Vaqif Hacıbəyli isə deyir ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsində hansı istiqamətlərin nəzərdə tutulduğunu özündə əks etdirən təkliflər barədə forumda beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək, həmçinin bu təkliflər ölkə iqtidarına və ictimaiyyətə veriləcək. Cənab Hacıbəyli müxalifətin artıq təkliflərlə bağlı ümumi razılığa gəldiyini də deyir: «biz istəyirik ki, seçki komissiyaları iqtidar və müxalifət arasında paritet əsaslarla təşkil olunsun. Ukraynada keçirilən seçkilərin ikinci turundakı dəyişikliklər göstərdi ki, bu Ən optimal yoldur».

Əhrar partiyasının sədrinin fikrincə komissiya üzvlərinin sayının neçə nəfərdən ibarət olması o qədər də prinsipial məsələ deyil. Əsas odur ki, iqtidar və müxalifət numayəndələri burada eyni sayda təmsil olunsunlar. Komissiyaya kimin sədrlik etməsi məsələsinə gəlincə, Vaqif Hacıbəyli deyir ki, «komissiyanın rəhbərliyinin yalnız bir partiyanı təmsil etməsi aradan qaldırılmalıdır. Əgər seçki komi
XS
SM
MD
LG