Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:56

“2004 reportyorlar üçün amansız il olub”


Səs: Real audio
Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır Dünyanın aparıcı media təşkilatları keçən il qətlə yetirilən jurnalistlərin sayını hesablayıblar. Rəqəmlər fərqlənsə də, hamı 2004-cü ilin reportyorlar üçün xüsusilə təhlükəli olduğuyla razılaşır.



Keçən il dünyada öz peşə borcunu yerinə yetirərkən 56 jurnalist qətlə yetirilib. Bu haqda Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin bazar ertəsi yaydığı hesabatda deyilir.



Komitənin məlumatına görə, onların bəzisi İraq kimi münaqişəli qaynar nöqtələrdə, digərləri isə Pol Xlebnikov kimi sırf peşə fəaliyyətinə görə qətlə yetirilib.



Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu keçən il qətlə yetirilən jurnalistlərin sayını 78 nəfər müəyyənləşdirib.



Sərhədsiz Reportyorlar Təşkilatının bu gün açıqlanan hesablamalarına görə isə, 2004-cü ildə 53 jurnalist qətlə yetirilib ki, bu da 1995-ci ildən bəri ən yüksək göstərici hesab olunur.



Bundan əlavə, ən azı 907 jurnalistin həbs olunduğu, 1146-nın isə fiziki zorakılığa və hədələrə məruz qaldığı bildirilir.



Artıq ikinci ildir ki, İraq reportyorlar üçün ən təhlükəli ölkə olaraq qalır. Keçən il ərzində orada 19 reportyor qətlə yetirilib. Onlardan da dördünün ölümünə görə məsuliyyət, Sərhədsiz Reportyorlar Təşkilatının fikrincə, birbaşa Amerika ordusunun üzərinə düşür.



İraqdan sonra ən təhlükəli yer kimi Filippin və Banqleşin adı hallanır.
XS
SM
MD
LG