Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Əhalinin siyahıyaalınması aprelin 13-də başlayacaq


Arif Vəliyevin fikrincə, siyahıyaalma prosesinə nə qədər vəsait sərf olunacağı hələ məlum deyil
Arif Vəliyevin fikrincə, siyahıyaalma prosesinə nə qədər vəsait sərf olunacağı hələ məlum deyil

Azərbaycan əhalisinin siyahıyaalınması aprelin 13-də başlayacaq və 2010-cu ilin ortalarına qədər yekunlaşacağı gözlənilir. Bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

O qeyd edib ki, 10 il əvvəlki son siyahıyaalmadan fərqli olaraq indi blanklara 21 deyil, 35 sual daxil edilib. Bu suallar sırasında etnik mənsubiyyət qrafası da əksini tapıb. Həmin qrafada hər kəs özünün etnik mənsubiyyətini yazacaq ki, bu da Azərbaycanda etnik qrupların sayının rəsmən müəyyənləşdirilməsinə imkan verəcək.

Arif Vəliyevin fikrincə, siyahıyaalma prosesinə nə qədər vəsait sərf olunacağı hələ məlum deyil.

Dövlət başçısının fərmanı ilə hər 10 ildən bir bütün ölkə üzrə siyahıyaalma keçirilir. Sonuncu siyahıyaalma 1999-cu ildə olub.

Rəsmi məlumatlara görə, indi Azərbaycan əhalisinin sayı 8 milyon 730 min nəfərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG