Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:30

Gənclər Teatrının fəaliyyəti dayana bilər


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Aylıq icarə haqqını verə bilmədiyinə görə Gənclər Teatrı yanvarın 7-də indiyə kimi yerləşdiyi Teatr Xadimləri İttifaqının binasından çıxarılacaq. Bununla da teatrın fəaliyyəti qeyri-müəyyən müddətə dayana bilər.



Teatrın bədii rəhbəri Hüseynağa Atakişiyevin sözlərinə görə, Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemətov ona bir ay əvvəl icarə haqqının artırılması barədə məlumat verib. Və bu qərarı binanı təmir etmək istəmələri ilə izah edib.



Teatrın bədii rəhbəri bildirir ki, ilkin söhbətdə icarə haqqının məbləği çox böyük olsa da, sonradan onun 10 milyon manata endirilməsini qərara alıblar. Amma Gənclər Teatrı ayda 10 milyon manat icarə haqqı ödəyə bilməyəcəyi üçün Hüseynağa Atakişiyev Mədəniyyət Nazirliyinə müraciət edib. O deyir ki, artıq mədəniyyət naziri icarə haqqını verməyə və binanın təmirinə yardım etməyə hazır olmaları haqda xəbər göndərib.



Amma Mədəniyyət Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirdi ki, icarə haqqını ödəyib-ödəməyəcəkləri haqda indilik heç nə deyə bilməzlər. Ancaq nazirlik çalışacaq ki, teatr bağlanmasın. İndi yalnız Gənclər Teatrının yox, binası olmayan bütün teatrların problemi araşdırılır.



Dövlət Gənclər Teatrı 1989-cu ildə yaradılıb. Bu müddətdə bir neçə nüfuzlu festivalda mükafatlara layiq görülüb.
XS
SM
MD
LG