Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:57

Sərhədsiz Reportyorlar Təşkilatı: “Azərbaycanda söz azadlığı demək olar, yoxdur”


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” “2003-cü il prezident seçkisindən sonra Azərbaycanda söz azadlığı demək olar ki, yoxdur. Jurnalistlər lazımi şəraitdə işləyə bilmir, son bir ildə isə hətta 1 müxalifət yönümlü jurnalist 5 illik müddətə həbs edilib”.



Bu fikir Sərhədsiz Reportyorlar Təşkilatının 2004-cü ildə dünyada söz azadlığının vəziyyəti haqda hesabatından götürülüb.



Azərbaycan Jurnalistlər Konfederasiyası və Mətbuat Şurasının üzvü Azər Həsrət bu hesabatdakı fikirləri tam haqlı sayır.



Hesabatda post-Sovet ölkələri arasında Azərbaycanın adı söz azadlığının kobud şəkildə pozulduğu Özbəkistan və Belarusla yanaşı çəkilib.



Yeni Azərbaycan partiyasından olan deputat Aydın Mirzəzadə Sərhədsiz Reportyorların hesabatında Azərbaycanla bağlı deyilənləri ağ yalan adlandırır.



Hesabatda ötən il dünyada həlak olan, yaralanan və təzyiqlərə məruz qalan jurnalistlərin sayının 1995-ci ildən sonra ən yüksək səviyyəyə qalxdığı bildirilir.



Sərhədsiz Reportyorların məlumatına görə, 2004-cü ildə 53 jurnalist və 15 yardımçı personal öldürülüb, 1000-ə yaxını həbs edilib, 1200-ə qədəri isə təzyiq və zorakılığa məruz qalıb.
XS
SM
MD
LG