Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:52

AŞPA məruzəçiləri prezidentin son əfv fərmanını nəzərə alacaqlar


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Malkolm Brüs öz məruzəsində Azərbaycan prezidenti İlham Əliyevin son əfv fərmanını nəzərə alacaq.



“Azadlıq” radiosunun Assambleyadan aldığı məlumata görə, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel də həmin əfv fərmanını öz hesabatlarında nəzərə alacaqlar. Yəni prezident fərmanının siyasi məhbus məsələsinin həlli yönündə qənaətbəxş olub-olmamasını araşdıracaqlar.



AŞPA-dan verilən məlumatda deyilir ki, həmin hesabat yanvar sessiyası zamanı Assambleyanın komitə iclaslarında müzakirə ediləcək. Yanvarın 24-də başlayacaq sessiyanın gündəliyində Azərbaycanda siyasi məhbuslar məsələsi yoxdur. Bu sessiyada Devid Atkinsonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzəsi dinlənəcək.



Andreas Qross və Andres Herkel Azərbaycana fevral ayında gələcəklər.



Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, yerli hüquq müdafiəçiləri ilə Avropa Şurasının Azərbaycanda siyasi məhbusların sayıyla bağlı müxtəlif rəqəmlər gətirməsi bəzi parametrlərə əsaslanır. Məsələn, onlar oktyabr hadisələrinə görə həbsdə olanları da siyasi məhbus sayır, ancaq Avropa Şurası hələlik bu barədə fikrini bildirməyib.



Murad Sadəddinov deyir ki, son prezident fərmanıyla Avropa Şurasının siyasi məhbus saydığı 4 nəfər azadlığa buraxılıb.



Hüquq müdafiəçisi Səidə Qocamanlının fikrincə isə, hazırda Azərbaycanda 60 nəfər siyasi motivlə həbs olunmuş şəxs var. Oktyabr hadisələrinə görə həbs olunan 42 nəfəri də nəzərə alsaq, hazırda 100-dən artıq siyasi məhbus var.

Günün bütün mövzuları

XS
SM
MD
LG