Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:43

“Barmek” elektrik enerjisinin verilməsində fasilə olmayacağını deyir


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Bakı və Abşeron yarımadasına, o cümlədən respublikanın digər rayonlarına “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” tərəfindən elektrik enerjisinin verilməsində fasilə olmayacaq. Yalnız yüklənmə artanda elekrik avadanlığı və transformatorlarda müəyyən fasilələr olur ki, bu da labüddür.



O ki qaldı, yanvar ayının “elektrik enerjisinə qənaət ayı” elan edilməsinə, “Barmek”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bir çox dünya ölkələrində belə bir təcrübənin olduğunu deyir.



Onun sözlərinə görə, bu qənaətdə məqsəd elektrik enerjisindən ifrat istifadənin qarşısını almaqdır. “Barmek” öz transformatorlarını, naqillərini qorumaq üçün yüklənmə artıq olan yerdə bir saat-saat yarımlıq məhdudiyyətlər tətbiq edəcək. Ancaq bunun hansısa cədvəl əsasında ediləcəyini demək düzgün deyil.



“Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” gündə 29-30 milyon kilovat-saat elektrik enerjisi alır. Bu isə şəhərin fasiləsiz elektrik enerjisilə təchizatı üçün bəs edir. Tanrıverdi Mustafayev belə deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG