Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Böyük 20-lik ölkələrinin maliyyə nazirləri görüşür


Martın 13-də Böyük 20-lik ölkələrinin maliyyə nazirləri və mərkəzi bankları London yaxınlığında görüşür. Qlobal iqtisadi böhran müzakirə olunacaq.

Görüş Böyük 20-liyin dövlət və hökumət başçılarının gələn ay Londonda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır.

Bu günkü görüşə qədər maliyyə nazirləri arasında fikir ayrılıqları var. Amerika böhranla mübarizə üçün daha çox vəsait ayrılmasını istəyir. Almaniya və Fransa başda olmaqla, Avropa ölkələri isə maliyyə bazarlarına daha geniş nəzarətin tərəfdarıdırlar.

Böyük 20-yə - 19 inkişaf etmiş və inkişaf etməkdə olan ölkə və Avropa Birliyi daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG