Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03

Pakistanda 15 adam raket zərbəsindən ölüb


Pakistanda 15-ə yaxın adam Amerikanın pilotsuz təyyarəsinin havadan zərbə endirməsi nəticəsində ölüb. Zərbə Əfqanıstanla həmsərhəd Barjo kəndinə endirilib.

Məlumata görə, dörd raket talibanın təlim düşərgəsinin ərazisinə və sığınacaqlarına düşüb.

Ötən ildən bu yana Amerika Əl-Qaidə və Taliban yaraqlıları ilə mübarizə məqsədilə, Əfqanıstanla sərhəddə 30-dan artıq raket zərbəsi endirib. Çoxlu yaraqlı öldürülüb, ölənlər arasında dinc sakinlər də var.

Pakistan bu kimi hücumlara etiraz edir, bunu suvernliyinin pozulması kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG