Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:53

İlham Əliyev məzuniyyətə çıxdı<br><br clear="all">


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” Azərbaycan Respublikası prezidentinin mətbuat xidməti prezident İlham Əliyevin yanvarın 4-dən məzuniyyətə çıxması ilə bağlı xəbər yayıb.



Məzuniyyətin nə vaxtadək davam edəcəyi, prezidentin bu müddətdə harada olacağı və bu məzuniyyətin planlaşdırılmış olub—olmamasıyla bağlı heç bir məlumat verilmir.



Əvvəlki prezident Heydər Əliyevin müşaviri olmuş Vəfa Quluzadənin fikrincə, İlham Əliyevin məzuniyyətə çıxmasında qəribə heç nə yoxdur.



Cənab Quluzadənin sözlərinə görə, Heydər Əliyev də Sovet hakimiyyəti zamanı rəhbər vəzifələrdə çalışarkən hər il istirahətə çıxırdı. Ancaq müstəqillik qazanılandan sonra prezidentlərdən heç biri məzuniyyət hüququndan yararlanmayıb.



Vəfa Quluzadə protokol qaydalarını hər bir prezidentin özünün müəyyənləşdirdiyini və İlham Əliyevin də bu baxımdan Heydər Əliyevdən fərqləndiyini deyir.



Media Hüquqları İnstitutundan Rəşid Hacılı “Məlumat azadlığı haqqında” qanuna əsasən, prezidentin hər bir addımının ictimai məlumat sayıldığını, bu üzdən məzuniyyət məsələsində də detalların açıqlanmalı olduğunu deyir.



Siyasi analitiklər isə İlham Əliyevin məzuniyyətinin 2 həftədən uzun sürməyəcəyi qənaətindədirlər. Çünki prezidentin 20 Yanvar faciəsinin 15-ci ildönümüylə bağlı mərasimdə iştirak etməsi, yanvarın 24-25-də isə İran prezidenti Məhəmməd Xatəminin dəvəti ilə bu ölkəyə səfərə çıxması planlaşdırılıb.
XS
SM
MD
LG