Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:09

"Barmek" elektrik enerjisinin verilməsinə məhdudiyyət qoyur


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” “Barmek–Azərbaycan Elektrik Şəbəkəsi”nin müraciətinə əsasən Nazirlər Kabineti yanvar ayını "elektrik enerjisinə qənaət ayı" elan edib.



Yanvarın 4-dən başlayaraq ayın sonunadək Bakı və Abşeron yarımadasına, eləcə də şimal bölgəsinə elektrik enerjisinin verilməsinə məhdudiyyət qoyulacaq.



«Barmek»in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev deyir ki, enerjinin fasilələrlə verilməsi əsasən müəssisə və təşkilatlara aid olacaq.



Tanrıverdi Mustafayev məhdudiyyətləri məcburiyyət üzündən tətbiq etdiklərini deyir. Onun sözlərinə görə, qazın kəsilməsi ilə əsas yük elektrik enerjisinin üzərinə düşüb. Bu addımı da enerji verilməsində yüklənmə və onun yaratdığı fəsadların qarşısını almaq üçün atıblar.



Onun dediyinə görə, Rusiyadan Azərbaycana qazın nəqli bərpa edildikdən sonra bu məhdudiyyət aradan qaldırılacaq.
XS
SM
MD
LG