Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:24

Terror hücumu ilə əlaqədar 7 nəfər həbs olunub


Holland polisi Amsterdamda terror hücumu planlaşdıran yeddi şübhəli şəxsi həbs edib. Hökumət bildirib ki, tutulanların altısı kişi, biri qadındır. Həbs olunanların hamısı Niderland vətəndaşı olan əslən mərakeşlilərdir.

Rəsmilər bildirirlər ki, şübhəlilərdən biri 2004-cü ildə Madriddə qatar partlayışında iştirak edib. Həmin hadisədə 191 adam ölüb.

Holland polisi şübhəliləri tutarkən ehtiyat tədbiri kimi paytaxtda iri ticarət yerlərini bağlayıb və rok konserti təxirə salıb.

XS
SM
MD
LG