Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

“Prezident Buş Belarus haqda nə düşünür?”


Səs: Real audio
“İki milyard dollar vəd olunub, bəs dünya vədinə sadiq qalacaqmı?” --“Vaşinqton Post”



“Ukrayna Belarusa böyük təsir göstərib. Bu bizi qələbəyə ümidləndirir, çünki biz Rusiyanın deyildiyi kimi o qədər də qüdrətli olmadığını anlamışıq”. Bu fikri belaruslu bir hüquq müdafiəçisi səsləndirir.



Kiyevin Müstəqillik meydanında böyük həvəslə mitinqdə iştirak edənlər arasında qonşu Belarusdan olan “Zubr” gənclər təşkilatının üzvləri də vardı.



Ancaq gənc belarusların gümrah əhval-ruhiyyəsi çox sürməyib. Kiyevdən geriyə qayıdan zaman qrupunun dörd üzvü döyülərək həbs olunub.



2006-cı ildə Belarusda növbəti prezident seçkisi keçiriləcək və Lukaşenko doğru yolla qalib gələ bilməyəcəyini yaxşı dərk edir.



Kiyevdən tutmuş Vaşinqtonadək demokratik liderlər Belarusu necə dəyişmək haqda düşünürlər. Lukaşenko isə, öz növbəsində, müxalifətə qarşı qabaqlayıcı kampaniyaya başlayıb.



“Bəs prezident Buş bu haqda nə düşünür?” Keçən ilin oktyabrında o, Belarusda demokratiyanın dəstəklənməsi aktını imzalayıb. Ancaq burada sual Corc Buşun bu aktı fəal həyata keçirib—keçirməyəcəyi, “dostu” Vladimir Putini növbəti dəfə qəzəbləndirməyə risk edib-etməyəcəyidir.



--“Qardian”



Zəngin ölkələrin sunamidən zərər çəkmiş Cənub—Şərqi Asiya ölkələrinə böyük maliyyə yardımı vəd etməsi hələ onların mütləq yerinə yetiriləcəyi demək deyil. Yardım kimi vəd olunan pulların böyük qismi heç vaxt verilməyə də bilər. Çünki bəzi ölkələr humanitar yardım üzrə öhdəliklərini pozmağa meyllidir.



BMT-nin humanitar məsələləri koordinasiya idarəsinin məlumatına görə, bu günədək iki milyard dollar vəd olunub. Lakin qurumun sədri Robert Smit deyir ki, “biz bu rəqəmlərlə olduqca ehtiyatlı olmalıyıq. Belə deyək: bu cür fəlakətlər həmişə tam yerinə yetirilməyən böyük vədlər doğurur. Əslində, bu məbləğin ancaq kiçik bir qismi ünvanına çatacaq”.



Vəd ilə real vəsait daxilolmaları arasında uyğunsuzluq bəzən çox böyük olur.



Məsələn, zəlzələ nəticəsində dağılmış Bəm şəhərinin bərpası ilə məşğul olan İran rəsmilərinin sözlərinə görə, vəd olunan 1.1 milyard dolların bu günədək ancaq 17.5 milyonu alınıb.



--“Vaşinqton Tayms”



Florida Ştatının qubernatoru Ceb Buş ABŞ dövlət katibi Kolin Pauellə birlikdə fələkətə məruz qalmış ölkələrə səfərə çıxıb.



Ceb Buş reportyalara deyib ki, Kolin Paueli bu səfərdə müşayiət etməyi ondan qardaşı, prezident Corc Buş xahiş edib. Onun sözlərinə görə, prezident ailəsinin üzvünün iştirakı prezident Buşun yardım işlərinə verdiyi böyük diqqətin təzahürüdür.



Kolin Pauel, öz növbəsində, 26 dekabr faciəsinə Birləşmiş Ştatların ləng reaksiya verməsi barədə ittihamları rədd edib.



“Düşünürəm, işlər son dərəcə yaxşı gedir, nəzərə alaq ki, fələkətdən cəmi səkkiz gün keçib”.



Birləşmiş Ştatlar bu günədək 350 milyon dollarlıq yardım vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG