Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Ukraynadan sonra Kreml MDB ölkələrinə münasibətini dəyişəcəkmi?


Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır Kremlin baş ideoloqlarından biri, siyasi texnoloq Qleb Pavlovskiyə görə, Rusiya MDB ölkələrindəki rejimlərin dəstəklənməsi konsepsiyasını yenidən nəzərdən keçirməlidir. Və artıq onlara müqəddəs inək kimi yanaşmamalıdır. Özü üçünsə bir sualı müəyyən etməlidir ki, rəsmi Moskva həmin ölkələrdəki mövcud prezidentləri bütün hallarda dəstəkləməlidir ya yox? Kremlin baş ideoloqlarından biri olan Qleb Pavlovski təklif edir ki, Rusiya indi Ukraynada olduğu kimi bu ölkələrdəki partiyalarla, müxtəlif regionlarla, mədəni icmalarla çoxqütblü əlaqələr qurmalıdır. Onun fikrincə, artıq Rusiyanın dostlardan nə istədiyini, nə gözlədiyini başa salmaq vaxtıdır.



Siyasi texnoloqun təklifindən sonra ortaya sual çıxır: «Gürcüstandan, Ukryanadan sonra Rusiyanfn MDB ölkələrinə münasibətində koordinal dəyişmələr mümkündürmü?» Söhbət etdiyim ekspert və politoloqların böyük əksəriyyəti güman edir ki, Ukrayna və Gürcüstan hadisələri Rusiyaya dərs olmayacaq. Çünki Rusiyanın xarici siyasətində Müstəqil Dövlətlər Birliyi prioritet təşkil edir və bu ölkənin istər Orta Asiya, istər cənubi Qafqaz, istərsə də Şərqi Avropa dövlətlərində öz siyasi, hərbi və iqtisadi maraqları var. Politoloqalara görə, Qleb Pavlovskinin dedikləri isə sadəcə, bir siyasi texnoloqun təkliflərindən başqa bir şey deyil.



Amma başqa bir qrup bu deyilənlərlə razılaşmır. Onlara görə, Gürcüstan və Ukrayna hadisələrindən sonra Rusiya başa düşür ki, dəyişmək zamanıdır. Siyasi şərhçi İbrahim Məmmədov xatırladır ki, çox da uzaq olmayan keçmişdə, 2003-cü ilin sonlarında Rusiya, Ukrayna, Belorus və Qazaxıstan vahid iqtisadi məkan yaratmaq haqda qərara gəlmişdilər. Hətta vahid valyutanın dövriyyəyə buraxılması, dövlətlərüstü bir qurumun yaradılması da palanlaşdırılırdı. Amma təcrübə göstərdi ki, bu baş tutmayan sevdadır. İbrahim Məmmədova görə, MDB-nin vahid geosiyasi məkanda birləşdirlməsi artıq mümkün deyil. Və Qleb Pravlovskinin təklifləri əslində baş verənlərə gecikmiş reaksiyasıdır.



İbrahim Məmmədov rusiyalı siyasi texnoloqun dediklərində bir məqama da, yəni müxtəlif qütblü əlaqələr qurmaq haqda deyilənlərə də diqqət çəkir. Şərhçinin fikrincə, çox güman ki, Rusiya artıq MDB ölkələrində rusiyapərəst qüvvələrlə əməkdaşlıq etməyəcək. O hakimiyytədə kimin olmasına baxmayaraq bütün qüvvələrlə, o cümlədən qərbyönümlü qüvəllərlə də işbirliyi qurmağa çalışacaq.



Politoloq Rasim Musabəyov isə siyasi texnoloq Qleb Pavlovskinin dediklərinin Kremlin xarici siyasətinin dəyişdirilmsəi kimi qiymətləndirməyin tərəfdarı deyil. Onun kimi politoloq Zərdüşt Əlizadə də hesab edir ki, siyasi texnoloqun dedikləri elə söz olaraq da qalacaq. Politoloq fikrini əsaslandırmaq üçün deyir ki, indiyədək nəinki Qleb Pavlovski, eləcə də başqa siyasi texnroloqlar oxşar təkliflərlə çıxış ediblər. Yəni Kreml MDB ölkələrinə müstəqil dövlətlər kimi yanaşmalı, imperiya siyasətindən əl çəkməli, separatçı qüvvələri dəstəkləməməlidir. Amma bu çağırışlar nəticəsiz qalıb. Politoloqa görə, buna səbəb də

Rusiyanın anti-demokratik dövlət olmasıdır. Və bu üzdən də ondan başqalarına demokratik münasibət gözləmək olmaz. İkincisi, Rusiya bu regiondakı siyasi, hərbi maraqlarından vaz keçmək niyyətində deyil.





Zərdüşt Əlizadəyə görə, elə bütün bunlara görə, Rusiya yaxın zamanlarda Azərbaycanda İlham Əliyevi, Özbəkistanda İslam Kərimovu, Qazaxıstanda Nursultan Nazarbayevi, Belorusda Lukaşenkonu dəstəkləməyə məhkumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG